16:30 12.11.2014 573

İsgəndər Cavadovun xoruzu - öz xahişi ilə

Aşağıda təqdim edəcəyimiz yazı Futbolpress.az saytında bir müddət əvvəl - ötən ayın 21-də dərc olunub. Amma yazının qəhrəmanlarından olan İsgəndər Cavadov bu gün yenidən qaşındı, yazını yenidən oxumaq istədi. Biz də həşəmətli futbol veteranının sözünü yerə salmayaraq yazını təqdim edirik.

"Atalar üçdən desə də, bunun İtaliya və Xorvatiya səfərlərindən hazırladığımız məqalə sayına bir dəxli, heç iki, üç dəxli də yoxdu. Sadəcə, düşündüklərim və müşahidələrimi bu yazıyla tam çatdıra biləcəm deyə, xoş gördük; başlayaq... 

İndiyə kimi müxtəlif səfərlərdə olmuşam. Bura “Bakı”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Neftçi” klubları, PFL və nəhayət, AFFA daxil. Hər səfərsonrası müşahidələrimi bölüşəndə oxucuların bizdən razı qalması isə bizimçün, şəxsimçün ən böyük stimul olub. 

Jurnalistin vəzifə borcu obyektiv olmaqdı. Qərəzsiz və dəqiq kimi predmetlərsə asılıdı onun  təcrübəsindən və s. bu kimi detallardan. Hər səfər bir təcrübədi; obyektiv və subyektiv təcrübə... Hər halda, yol qeydlərimdən ibarət təəssürat yazılarımızı oxuyanlar bilir ki, heç vaxt süni ajiotaj və ya hansısa faktın gizlədilməsinə yol verməmişik.   

***             ***              *** 

İlk məqalədə İsgəndər Cavadovun “Rövnəq Abdullayevin ətrafında qovulmalı adamlar var” deməyinin üstünə vurğu salmağım əbəs deyildi. Səfərboyu ən heyrətləndiyim məsələ bu idi. Göz görə-görə bir şəxs “Bəs kim qovulmalıdı” sualının qarşısında ən azı 5 dəqiqə göz döydü, susdu... 

Sualı 4-5 cəhddə müxtəlif formalara salıb versəm də, Cavadov buraxdığı “xoruzun" fərqinə gec varmışdı... 

Ölkənin vəzifəyə ən iddialı futbol məmurunun düşdüyü vəziyyəti görsəydiniz... 

O məqalədə açıqlamamışdıq, indi buyurun: “PFL da.. nəyə lazımdı o..  misalçün PFL” 

- İsgəndər müəllim, PFL (Peşəkar Futbol Liqası - E.C.) istefaya göndərilməlidi? 
- "Nu" bilirsiz da, günahkar kimdirsə, Rövnəq müəllim də bunu yaxşı bilir, hamı da... 
- Bu suala cavab verməyə də bilərsiz. Ancaq açıqlamanızda oxucularçün qaranlıq bir məqam qalacaq - siz Rövnəq müəllimin konkret kimi və ya kimləri qovmasını istəyirsiz? Söhbət şəxslərdən, yoxsa hansısa strukturların ləğvindən gedir.. dəqiqləşdirə bilərsiz? 
- Dedim də fikrimi. Klublar düz iş görmürlər.. mm... ee.. 
- Hə, siz demək istəyirsiz ki, klub rəhbərləri Rövnəq Abdullayevlə dostdu, o onlara desin, klublardan futbolu bilməyənləri qovsunlar? 
- Yox e, siz məni düz başa düşmürsüz. 
- İsgəndər müəllim, struktur ləğvi olmalıdı, yoxsa nə? Məsələn, PFL var, Hakimlər Komitəsi və s. qurumlar, yoxsa konkret hansısa şəxslərin qovulmasını istəyirsiz? Sizin konkret fikriniz önəmlidi... 
- Problem hər tərəfdəndi. Klublar kommersiya məqsədiylə yaradılıb. Yəni ki, onların məqsədi inkişaf eləyib, futboldan pul qazanmaq deyil. 

Bəli, bu dialoq bir az da davam eləmişdi. Ancaq qovulmalı dediyi və ilk çəkdiyi ad PFL oldusa, dəqiqləşdirmə suallarında Cavadov özünü itirdi. Beləcə, gördüyümüz kimi, gah klublara keçir, gah da... 

Sonra baş katib Elxan Məmmədova fikrimi bildirdim: “Əgər sabah AFFA-da vəzifəyə beləsi gələcəksə, elə siz qalın”... 

***               ***               *** 

Fikrimcə, Məmmədovun qəhqəhəyə yaxın tonda, ancaq kinayəli gülüşü onu dediklərimdən məmnun saldığı işarəsi vermirdi; özünün də bezdiyini, belə naqolaylıqlarla çox qarşılaşdığının göstəricisi idi. 

Kiçik bir dialoqda bir-birimizi yaxşı başa düşdüyümüzü hiss elədim, ancaq dialoqda deməyib, burda qeyd edəcəyim bu frazaya görə də Məmmədovun bizi yaxşı başa düşəcəyini anlayıram. 

Məmmədov, AFFA-nı gördüm, hiss elədim, tanıdım. Açığı, idarə mexanizminin incəlikləriylə işim çox deyil, çünki məlumatım azdı, ancaq sizin Cavadovun PFL-in adını çəkməsindən məmnun qaldığınız hiss olunurdu. 

Sizə bildirim ki, əgər Cavadovdan yüz dəfə də təkrar soruşsaydım, o yenə sizin adınızı çəklməyəcəkdi. Çünki o, səfərə AFFA-nın pulu ilə gəlir, Regional Futbol Federasiyalarının rəhbəri kimi AFFA-dan maliyyələşir və s. imtiyazlar... Müstəqil insan olduğuna da qətiyyən inamım qalmadı ki, belə imtiyazlar qarşılığında cürəti çatıb obyektiv danışsın. 

Bilirsiz, futbol veteranlarımızın əksəri özünü artist, kukla yerinə qoyublar - ictimaiyyətə çoxdan bəllidi. Onlar itirilmiş mövqedi, yox kimidilər. Satınalınma obyektləridi... Ancaq sizin “kuklalardan” istifadə eləməyiniz qələbəyə, uğura, inkişafa yox, uçuruma aparacaq. 

PFL bir struktur kimi AFFA-ya məxsus deyilmi? Foqts oturub-durub çempionatın reqlamentindən narazılıq eləyirdi... 
Hansı ki, o reqlament məhz onun göstərişiylə tərtib olunurdu.. hər şey milliyə hesablanmışdı... hətta onun bütün şıltaqlıqlarıyla hesablaşırdınız... 

OK, bu şəxs niyə öz diqtə elədiyi reqlamentdən narazı idi? 

Məgər PFL-lə bitirmək istəyirsiz ictimai fikrin hədəfini? Bu nə “oyun”? 

PFL-in büdcəsi də AFFA-dan asılı, təyinatları da, bütün mexanikası da... 

İsgəndər Cavadovun özbaşına deyəcəyinə qətiyyən inanmıram, ən azı üzbəüzdə o insanda o cəsarəti görmədiyimə əmin oldum. O, göstərişlə danışır. 

Ramin Musayev getsin PFL prezidenti postundan? Hamınız bunu istəyirsiz? Kim gəlsin? 

Siz istəyirsiz ki, bax, belə mənasız suallarla gündəm qarışsın, məşğul olsun, mahiyyət qıraqda qalsın? 

***                   ***                   *** 

AFFA-nın 25 milyonluq büdcəsindəki “yeyintilər”, qarşılığında milli və aşağı yaş qruplarının biabırçı nəticələrinin günahkarı, baiskarı da təkcə Ramin Musayevdi? 

AFFA-da cəmi bir “günah keçisi” var, yoldaş Məmmədov?! 

7 il ərzində... Berti Foqtsun illk məvacibi 2 milyon avrodan bir az yuxarı idi. 7 ilə 14 milyon. 

Təkcə Berti üçün Azərbaycan 14 milyon itirdi. Bəs ölkə futbolu nə qazandı? Bunun hesabatını kim verəcək - Ramin Musayev? Doğrudan? 

Berti Foqtsu Sürixdə niyə istefaya göndərdiz? Bir Bertini yola salmaqçün Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədovun burdan Sürixə qədər getməyinin məntiqi nə idi? 

Bəs burda İcraiyyə Komitəsinin  iclası keçirilməli idi, Foqts hesabat verməliydi bla, bla, bla... 

Sualları hara, kimə verək? 

7 illik fiaskonu bir gündə unutdurmaqmı istəyirsiz... 

Niyə mətbuat konfransı keçirilmir. İctimaiyyətin, medianın mövzuyla bağlı yüzlərlə sualı var. Niyə qapalı görüldü işlər? 

Siz kimi, kimləri aldadırsız? 

Kimi, kimləri “uşaq yerinə qoymusuz”? Süni dedi-qodu mühiti yaradıb, isgəndərcavadovkimilərin əliylə gündəmi dəyişmək istəyirdiz? 

Rövnəq Abdullayev də elə hesab eləyir? 

Ona da elə gəlir ki, 7 ilə təkcə bir alman məşqçinin məvacibinə görə 14 milyon məsrəf eləyən AFFA-da bu fiaskonun “qəhrəmanı” Ramin Musayevdi? 

Hə, Musayev? Siz eləmisiz bunları? 

Ermənistan yığması qrupda 17 xal yığanda baş məşqçisi ilinə 150 min alırdı, federasiyanın büdcəsi isə 3.5 milyon dollar idi.  Gürcüstan yığması isə 10 xal toplayanda federasiya tsiklin sona yetişdiyini xatırladıb, məşqçilər korpusundan imtina ediləcəyi bəyanatını yaymışdı. Onlar 10 xaldan narazı idilər. 

Cənab Abdullayev, siz isə millinin rekord - 9 xal yığmasını uğur adlandırırsız. 25 milyon büdcəsi olan AFFA-nın “uğuruna” görə Foqtsa sağol deyilməli,  AFFA-nın doğru işlədiyi bildirilməli, təkcə Ramin Musayev daşlanmalıdı, eləmi? Hər ehtimala, siz eşafot hazırlayın... proses başlayır. 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X