09:19 14.09.2017 875

"Meydana 3 xal üçün çıxacağıq"- Ürfan Abbasov

Azərbaycan Premyer Liqasının V turunda “Səbail”lə qarşılaşacaq “Qəbələ” səfər matçının hazırlıqlarını Bakıda davam etdirir. Fanat.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın müdafiəçisi Ürfan Abbasov klubun saytına açıqlamasında komandanın hazırlığını dəyərləndirib.


 

Gənc oyunçu qarşıdakı matç haqda danışıb: “Səbail”lə oyuna ciddi hazırlaşırıq. Bütün matçlar üçün olduğu kimi yenə yüksək səviyyədə hazırlıq keçirik. Komandada yüksək əhval-ruhiyyə var. Rəqib yeni heyətə malik olsa da, çox yaxşı komandadır. “Səbail”in təkcə çempionat deyil, hətta yoxlama oyununu da izləmişəm. Vuruşan, hər top uğrunda mübarizə aparan, çox istəkli komandadır. Təbii ki, bizimlə görüşdə də xal qazanmağa çalışacaq. Bütün rəqiblər çempionatın hər qarşılaşmasında var qüvvəsi ilə mübarizə aparır. Buna baxmayaraq, biz də meydana 3 xal üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, səfər oyunundan qələbə ilə dönək. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik”.

 

Abbasov ilk 4 turdan sonra 7 xal toplayan komandasının çıxışını da dəyərləndirib: “Çempionatın 4 turu arxada qalıb. Yeni mövsümün böyük hissəsi hələ irəlidədir. Komandamızda yeni oyunçular olduğundan hazırda uyğunlaşma prosesi gedir. Bir müddət vaxta ehtiyac var. Düşünürəm ki, tezliklə istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Düzdür, komandanın indiki oyununu da müsbət dəyərləndirirəm. Amma daha effektli çıxış etməyimiz üçün zaman lazımdır”.

 

Həm ötən turun “Zirə”, həm də qarşıdakı turun “Səbail”lə qarşılaşması Ürfan üçün əlamətdar olacaq. Çünki IV turun qarşılaşması müdafiəçinin “Qəbələ”nin heyətində 161-ci oyunu olub. Bununla da Abbasov “qırmızı-qaralar”ın rekordçusu Dodoya çatıb.

 

2012-ci ildən komandada çıxış edən arxa xətt oyunçusu Premyer Liqada 130, Azərbaycan kubokunda 18, avrokuboklarda 13 görüş keçirib. Hesabında 3 qol olan Ürfan “Zirə” ilə matçda meydana çıxmaqla mütləq rekordçu olacaq. Futbolçu klubun tarixində ən çox qarşılaşmaya çıxan oyunçu olması barədə də danışıb: “Bu, mənim üçün çox sevindiricidir. “Qəbələ”də ən çox oyun keçirən futbolçu olmaq əlavə məsuliyyət, əlavə stimuldur. Artıq “Səbail”lə görüşdə Dodonun göstəricisini arxada qoyub, mütləq rekordçu olmaq xoşdur. İnanıram ki, bunun ardı gələcək və daha oyun keçirib, komandamızla daha çox uğur qazanacağam. Rekordun rəsmiləşəcəyi “Səbail”lə görüşdə qazanılacaq qələbə ilə bu ikiqat sevinc olacaq”.



Fanat.Az



Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

Facebookdan bizi izləməyi unutmayın.
X