
Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində mayın 16-da “Bakcell Arena”da "Sumqayıt" komandasını 1:0 hesabı ilə məğlub edən "Qarabağ" klubu çempionatın sonuna 2 tur qalmış ölkə çempionluğunu təmin edib.
Fanat.az affa.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Qarabağ" klubunu təbrik edib, UEFA Çempionlar Liqasında uğurlar arzulayıb.
Fanat.az