13:37 30.07.2015 660

"Zirə" son "imtahan"dan kəsildi - FOTOLAR

“Zirə” Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışını başa vurub. Fanat.az xəbər verir ki, komanda son yoxlama oyununda Gürcüstanın güclülər dəstəsinin iştirakçısı “Samtredia” ilə qarşılaşıb. 

Ötən mövsümü 6-cı sırada başa vuran rəqiblə oyuna start heyətində Anar Nəzirov, Adil Nağıyev, Yovan Krneta, Ruslan Poladov, Sadiq Quliyev, Tərzin Cahangirov, Luis Alberto Tato, Viktor İbekoyi, Təmkin Xəlilzadə, Nicat Qurbanov və Rihayro Muelnes çıxıb. Zədə üzündən Rəşad Abdullayev, Aleksandr Şemonayev və Kamal Bayramov bu qarşılaşmada forma geyinməyib.

Oyunun əvvəllərindən "Zirə" daha üstün görünsə də, qol gürcülərdən gəlib. Hesabda geri düşən Premyer Liqanın debütantı yarım saatın tamamında daha bir dəfə mərkəzə dəvət olunub. Bu dəfə rəqib penaltini dəqiq yerinə yetirib - 0:2. Hissənin sonları tamami ilə "Zirə"nin üstünlüyü şəraitində keçib. Fasiələyə qədər hesab arasındakı fərqi minimuma endirmək də mümkün olub. Daha əvvəl Tatonun yerinə yetirdiyi cərimə zərbəsi zamanı qola imkan verməyən gürcü qapıçı bu dəfə baxımlı qola mane ola bilməyib - 1:2.

Qarşılaşmanın 2-ci hissəsinə çox yaxşı başlayan “Zirə” ardıcıl bir neçə epizodda qol imkanını əldən verib. Tato isə dubla imza atmaq üçün yaxşı şansa malik olub. Ancaq ispaniyalı futbolçunun yerinə yetirdiyi penalti zərbəsini qapıçı dəf edə bilib. Ardından baş məşqçi Adil Şükürov aparıcı oyunçuları meydandan çıxararaq gəncləri mübarizəyə qoşub. "Zirə" ərazi üstünlüyü və topa daha çox sahib olan tərəf olsa da, təcrübəsizlik öz sözünü deyib. İkinci hissədə çərçivə istiqamətində yalnız bir zərbə endirən rəqib elə həmin vuruşla fərqi artırıb. Oyun “Samtredia”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ərzurum toplanışını başa vuran “Zirə” bu gün vətənə dönəcək.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X