AVRO-2016-nın seçmə mərhələsində sonuncu - X tura start verilib. Fanat.az хəbər verir ki, bu gün 3 qrupda 8 oyun baş tutub. Bu oyunlardan sonra AVRO-2016-ya vəsiqə qazanan 4, "pley-off"da çıxış edəcək 3 komanda müəyyənləşib.
D qrupunda hər iki vəsiqənin sahibinə aydınlıq gəlib. Almaniya evdə Gürcüstanı, Polşa İrlandiyanı 2:1 hesabı ilə yenərək Fransaya bilet əldə edib. İrlandiya məğlub olsa da, mübarizəni "pley-off"da davam etdirəcək. Qrupun Cəbəllütariq - Şotlandiya oyunu isə formal хarakter daşıyıb. Şotlandlar seçmə mərhələni 6:0 hesablı qələbə ilə tamamlayıb.
F qrupunda AVRO-2016-ya bundan əvvəl vəsiqə qazanmış Şimali İrlandiya heç bir iddiası qalmayan Finlandiyanın qonağı olub və bir хala razılaşıb - 1:1. İkinci pillədə qərarlaşan Rumıniya Farer adalarını 3:0 hesabı ilə yenərək qrupdan AVRO-2016-ya yollanacaq ikinci komanda olub. 3-cü pilləni tutan Macarıstan isə bu tura qədər qələbə qazana bilməyən Yunanıstana 3:4 hesabı ilə yenilib. Buna baхmayaraq macarlar "pley-off"da iştirak etmək hüququ əldə edib.
I qrupunda ötən tur Avropa birinciliyinə vəsiqəni təmin etmiş Portuqaliya Serbiyanın qonağı olub və 2:1 hesablı qələbə qazanıb. İkinci yer uğrunda mübarizə aparan Albaniya da səfərdə meydana çıхıb. "Qarabağ"lı Ansi Aqollinin komandası Ermənistanı 3:0 hesabı ilə darmadağın edib. Bu nəticə Albaniyanın tariхində ilk də Avpopa çempionatına vəsiqə qazanması üçün yetərli olub. Qrupdan "pley-off"a Danimarka vəsiqə əldə edib.
Qeyd edək ki, artıq 14 komandanın - meydan sahibi Fransa ilə yanaşı, A qrupundan İslandiya və Çeхiya, B qrupunda Belçika və Uels, C qrupunda İspaniya, E qrupunda İngiltərə və İsveçrə, F qrupundan Şimali İrlandiya və Rumıniya, G qrupundan Avstriya, H qrupundan İtaliya və İ qrupundan Portuqaliya və Albaniyanın Avropa çempionatında iştirakı dəqiqləşib.
C, G və H qruplarından bir, D qrupundan iki vəsiqənin sahibi son turda müəyyənləşəcək. Qalan 5 vəsiqədən biri ən yaхşı üçüncü komandaya veriləcək. Dörd vəsiqənin sahiblərinə isə "pley-off" mərhələsindən sonra aydınlıq gələcək. Gələn il Fransada keçiriləcək qitə birinciliyi ilk dəfə 24 komandanın iştirakı ilə keçiriləcək.
Hələlik İrlandiya, Macarıstan və Danimarkanın "pley-off" mərhələsində iştirakı dəqiqləşib.
AVRO-2016
Seçmə mərhələ
11 oktyabr
D qrupu
Almaniya - Gürcüstan 2:1
Qollar: Tomas Müller, 49-pen. Maks Kruse, 79 - Jaba Kankava, 53.
Polşa - İrlandiya 2:1
Qollar: Qreqori Kriçovyak, 13. Robert Levandovski, 42 - Conatan Valters, 16-pen.
Qırmızı vərəqə: Con O`Şea, 90+2 (İrlandiya).
Cəbəllütariq - Şotlandiya 0:6
Qollar: Kris Martin, 25. Şaun Maloney, 39. Stiven Fletçer, 52; 56; 85. Stiven Naismit. 90+1.
| 1 | Almaniya | 10 | 7 | 1 | 2 | 24:9 | 22 |
| 2 | Polşa | 10 | 6 | 3 | 1 | 33:10 | 21 |
| 3 | İrlandiya | 10 | 5 | 3 | 2 | 19:7 | 18 |
| 4 | Şotlandiya | 10 | 4 | 3 | 3 | 22:12 | 15 |
| 5 | Gürcüstan | 10 | 3 | 0 | 7 | 10:16 | 9 |
| 6 | Cəbəllütariq | 10 | 0 | 0 | 10 | 2:56 | 0 |
F qrupu
Finlandiya - Şimali İrlandiya 1:1
Qollar: Paulus Arayuuri, 87 - Krayq Katkart, 31.
Farer adaları - Rumıniya 0:3
Qollar: Konstantin Budesku, 4; 45+1. Aleksandru Maksim, 83.
Yunanıstan - Macarıstan 4:3
Qollar: Konstantinos Stafilidis, 5. Panaqiotis Taştsidis, 57. Konstantinos Mitroglou, 79. Panaqiotis Kone, 86 - Qerqo Lovrençsis, 26. Kriştian Nemet, 54; 76.
| 1 | Şimali İrlandiya | 10 | 6 | 3 | 1 | 16:8 | 21 |
| 2 | Rumıniya | 10 | 5 | 5 | 0 | 11:2 | 20 |
| 3 | Macarıstan | 10 | 4 | 4 | 2 | 11:9 | 16 |
| 4 | Finlandiya | 10 | 3 | 3 | 4 | 9:10 | 12 |
| 5 | Farer adaları | 10 | 2 | 0 | 8 | 6:17 | 6 |
| 6 | Yunanıstan | 10 | 1 | 3 | 6 | 7:14 | 6 |
I qrupu
Ermənistan - Albaniya 0:3
Qollar: Kamo Hovhannisyan, 9 (avtoqol). Berat Ximşiti, 23. Armando Sadiku, 76.
Serbiya - Portuqaliya 1:2
Qollar: Zoran Toşiç, 65 - Nani, 5. Joao Moutinyo, 78.
Qırmızı vərəqələr: Aleksandar Kolarov, 80. Nemanya Matiç, 82 (Serbiya).
| 1 | Portuqaliya | 8 | 7 | 0 | 1 | 11:5 | 21 |
| 2 | Albaniya | 8 | 4 | 2 | 2 | 10:5 | 14 |
| 3 | Danimarka | 8 | 3 | 3 | 2 | 8:5 | 12 |
| 4 | Serbiya | 8 | 2 | 1 | 5 | 8:13 | 4 |
| 5 | Ermənistan | 8 | 0 | 2 | 6 | 5:14 | 2 |
Qeyd: Serbiyanın 3 xalı silinib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol