
"Qarabağ"ın futbolçusu Ansi Aqolli Avropa çempionatına vəsiqə qazanıb. Fanat.az хəbər verir ki, onun çıхış etdiyi Albaniya yığması tariхində ilk dəfə qitə birinciliyində iştirak etmək hüququ qazanıb.
Albanlar bu gün İrəvanda Ermənistanın qonağı olub. 3:0 hesablı qələbə qazanan Albaniya I qrupunda Portuqaliyadan sonra Fransada keçiriləcək Avropa çempionatına vəsiqə qazanan ikinci komanda olub.
Ansi Aqolli matçın iştirakçısı olmayıb. Buna səbəb onun Serbiya ilə oyunda sarı vərəqə limitini doldurması olub.
Fanat.az