Premyer Liqanın XI turunda səfərdə minimal hesabla qalib gələn “Xəzər Lənkəran” sabah toplanır. Fanat.az xəbər verir ki, komanda “Rəvan” üzərindəki qələbədən sonra iki günlük istirahəti başa vurub Lənkəranda məşqlərinə start verəcək.
Bu arada son matçda zədələnərək oyunu erkən tərk edən Manuel Skarlatakenin durumu bəlli olub. Təcrübəli futbolçu sol ayağın diz nahiyəsi arxa bağlarının qopması ilkin diaqnozu ilə iki aylıq sıradan çıxıb. Belə də son həftə ərzində Orxan Əliyevdən sonra ikinci futbolçu əməliyyat olunacaq.
Uzun müddətdi zədədən əziyyət çəkən Rasim Ramaldanovdan isə xoş xəbər var. Futbolçu sabahdan etibarən fərdi məşqlərə başlayacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” növbəti tur çərçivəsində noyabrin 8-də "Qarabağ”ı qəbul edəcək.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol