Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Monako"nun müdafiəçisi Rikardo Karvalyo Bakı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.az xəbər verir ki, bu gün bulvara gəzintiyə çıxan portuqaliyalı futbolçu Bakının əvvəlki illərlə müqayisədə dəyişdiyini bildirib:
"Sonuncu dəfə buraya bir neçə il öncə, Portuqaliya yığmasının heyətində gəlmişdim (AÇ-2008-in seçmə mərhələsi çərçivəsində, 2007-ci ildə). Bakının bu qədər dəyişməsi təəccüblüdü. Bu şəhər hazırda çox gözəlləşib".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol