“Qarabağ”la oyunun hazırlığına dünəndən başlamışıq. Hər şey yaxşıdı, meydana bizə lazım olan nəticəni qazanmaq üçün çıxacağıq”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyev deyib.
Klubun rəsmi saytına danışan Əliyev Topaz Premyer Liqasının XIII turunda komandasının Ağdam klubu ilə keçirəcəyi oyunla bağlı fikirlərini açıqlayıb: “Düşərgədə əhval-ruhiyyə yaxşıdı. Hamı qarşıdakı oyunun əhəmiyyətini yaxşı başa düşür. Bu haqda futbolçulara əlavə nəsə deməyə ehtiyac yoxdu. Güclü rəqibə qarşı mübarizə aparacağıq”.
AZAL-la yoxlama oyununda yüngül zədə alan Şəhriyar artıq komanda ilə birgə məşqlərə çıxır: “İndi özümü yaxşı hiss edirəm, ayağım əzilmişdi. Heyətdə cəza və zədəli futbolçularımız var. Bununla belə, güclü rəqibə qarşı layiqli futbol oynamağa çalışacağıq. Çətin oyun olacaq. Çempionatda asan rəqib yoxdu, “Qarabağ”ı da hamı yaxşı tanıyır. Biz də özümüzə güvənirik”.
Xatırladaq ki, ilk dövrədə bu komandalar arasında Gəncədə keçirilən oyunda “Qarabağ” 2:3 hesabı ilə qalib gəlmişdi.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol