14:16 18.11.2015 724

"Nostradamus olsaydı, ondan soruşardıq" - Şahin Diniyev

"Kəpəz" "Qarabağ"la Azərbaycan Premyer Liqasının XIII tur matçına futbolçu itkiləri ilə çıxacaq. Bu barədə "Report"a "Kəpəz"in baş məşqçisi Şahin Diniyev məlumat verib. 

Onun sözlərinə görə, Dario Frederiko zədəlidi, Bəxtiyar Soltanov sarı vərəqə limitini doldurduğu üçün meydanda olmayacaq. Kərim Diniyev zədədən tam sağalmayıb. Bundan başqa Azad Kərimov məşqlərə dünəndən qoşulub və onun meydana çıxıb-çıxmayacağı bilinmir. 

Diniyev bildirib ki, hücumçu Tural Rzayev də AZAL-la keçirilmiş yoldaşlıq görüşündə zədələnib, Budaq Nəsirovun vəziyyəti isə normallaşıb. Lakin bu futbolçuların "Qarabağ"a qarşı forma geyinib-geyinməyəcəyi dəqiq deyil: "Bizdə böyük heyət olmadığı üçün hər bir oyunçunun sıradan çıxması ciddi itkidi. Buna baxmayaraq "Kəpəz" forması ilə meydana çıxan hər bir futbolçu mübarizə aparmalıdı".

Təcrübəli mütəxəssisin sözlərinə görə, cütün favoriti Ağdam klubudu: "Qarabağ" Premyer Liqada mübarizə aparan digər 9 komandanın hamısından güclüdü. Ancaq bu, futboldu və biz vuruşmaq üçün meydana çıxacağıq. Təkcə onu deyə bilərəm ki, maraqlı oyun olacaq. Nəticəni isə əvvəlcədən deyə bilmərəm. Artıq qış fasiləsinə yaxınlaşırıq. Amma fasiləyə neçənci pillədə yollanacağımızı deyə bilmərəm. Yaxşı yerlər üçün vuruşacağıq. Nostradamus olsaydı, ondan soruşardıq. Biz Vanqa deyilik ki, nəticəni əvvəlcədən bilək. Heç bir peşəkar məşqçi əvvəlcədən nəticə deməz. Çünki futbol proqnozu sevməyən bir idman növüdü".

49 yaşlı baş məşqçi "Kəpəz"in qış fasiləsində keçirəcəyi təlim-məşq toplanışından da məlumat verib: "Hazırlıq planı təxmini bilinir. Harada, nə vaxt, nə ilə məşğul olacağımızı demək olar ki, planlaşdırmışam. Bu, mənim şəxsi planımdı. Fasilənin az olması məni düşünməyə vadar edir. Komanda yanvarın 10-da yığışırsa, çempionatın başlamasına 20 gün qalır. Bu müddətdə də həm fiziki baxımdan artırmalı, həm yoxlama oyunları keçirməli, həm də yol gedib-gəlməlisən. Bunlar isə qısa müddətdə olduğu üçün uyğunlaşmanı pozur. Bu baxımdan biz uduzacağıq. Düzü, rəhbərliyin Antalya planı var. Amma mənə elə gəlir ki, bu, komandaya mane olacaq".

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu noyabrın 21-də keçiriləcək. Tofiq İsmayılov adına Suraxanı qəsəbə Stadionunda baş tutacaq görüş saat 19.30-da start götürəcək.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X