Premyer Liqanın 2016/2017-ci illər mövsümünün püşkatma mərasiminin tarixi müəyyənləşib.
Fanat.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Məlumata görə, mərasim 26 iyul saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələrinin iştirak edəcəyi mərasimə jurnalistlər də dəvətlidir.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol