"Qarabağ" - "Çelsi" qarşılaşmasındakı məşhur xareoqrafiyanın hazırlanmasına "Fənərbaxça"nın 1907 ÜNİFEB adlı azarkeş qrupunun yardım etdiyi məlum olub.
Fanat.Az xəbər verir ki, qarşılaşmadan öncə gerçəkləşdirilən xareaoqrafiyada "Evdən uzaqda, aid olduğun yerdə" ifadəsi yer alıb.
Xatırladaq ki, "Atletiko" ilə oyun zamanı "Qarabağ" azarkeşlərinin A4 vərəqlərlə hazırladıqları xareoqrafiya gündəmə gəlmişdi.
Bundan sonra "Qarabağ"ın meneceri Asif Əsgərov "Fənərbaxça" İdman Klubunun rəsmiləri ilə görüşüb və 1907 ÜNİFEB adlı azarkeş qrupu ilə əlaqə yaradıb.
Bir neçə gün çəkən danışıqlardan sonra azarkeş qrupunun 6 üzvü Azərbaycana gələrək möhtəşəm xareaoqrafiyanın hazırlanmasında iştirak ediblər.
1907 ÜNİFEB-in gəncləri "Qarabağ"dan belə bir təklif aldıqları üçün şad olduqlarını və bu işin iki ölkə arasındakı qardaşlıq bağlarının nə qədər möhkəm olduğunu bir daha təsdiqlədiyini söyləyiblər:
"Fənərbaxça" tribunalarında komandamıza dəstək olmaq üçün illərdir xareoqrafiya hazırlayırıq. Bu səbəbdən belə işlərdə təcrübəliyik. "Qarabağ" klubunun bizimlə əlaqə yaratmaq istədiyini eşidəndə çox təəccübləndik və şad olduq. Belə məsələlərdə kömək etməyin nə qədər önəmli olduğunu bilirik və əlimizdən gələni etməyə hazır olduğumuzu bildirdik. Nəticədə Türkiyə-Azərbaycan arasındakı qardaşlığı bir daha təsdiqləyən gözəl bir iş ortaya qoyduq. Onlarlar keçirdiyimiz zaman ərzində çox gözəl şəkildə qonaqpərvərlik göstərdikləri üçün "Qarabağ" futbol klubuna təşəkkür edirik".
"Qarabağ"ın idarə heyətinin üzvü Murat Karaman hazırlanan xareaoqrafiyaya görə "Fənərbaxça"lı gənclərə təşəkkür edib:
"Azərbaycanda futbol yeni-yeni inkişaf edir. Azarkeş sevgisi yaranır. Biz də klub olaraq bu prosesə dəstək olmaq istəyir, eyni zamanda tribuna mədəniyyəti yaratmağa çalışırıq. "Atletiko" ilə oyun zamanı azarkeşlərimizin hazırladıqları xareoqrafiya bəziləri tərəfindən sərt şəkildə tənqid olundu. Bu dəfə 1907 ÜNİFEB-li gənclərin də köməkliyi ilə yaxşı bir iş ortaya çıxardıq. Bizə dəstək göstərdikləri üçün fənərbağçalı gənclərə təşəkkürlərimizi bildiririk".
Fanat.Az