18:08 24.11.2017 1988

"Keşlə"nin böyük uğuru - YAZI

Zaur Svanadze getdi və əvəzedici komandanın koordinatoru Ramiz Məmmədov gözlənildiyi kimi, onun yerini tutdu. "Keşlə” adıyla fəaliyyət göstərən sabiq "İnter”in elitadakı durumu göz qabağındadı. Məmmədov məlum transfer qadağası fonunda Svanadzedənqalma sınıq-salxaq heyəti toparlamaq üçün çıxış yolu axtarır. Çox şeyi dəyişə biləcək qələbə isə gecikir...


Ölkə futbolunun problemləriylə maraqlananların, baş verənləri sürəkli şəkildə izləyənlərin "Keşlə”ylə bağlı düşüncələri də yarıqaranlıqdı. İndiki durumda beyinlərdə daha çox suallar doğulur: Rəhbərlik yanvardan sonra da onunla əməkdaşlığı davam etdirəcəkmi? Bu mütəxəssis bu klubda bacarığını tam şəkildə ortaya qoyacaqmı? Postunda saxlamasalar, yerinə kimi gətirəcəklər? Gətirsələr, yenisi Məmmədovdan üstün olacaqmı?

Sualdan gözəl nə var ki... Mərhələli araşdırmalarla reallığa uyğun fikirlər səsləndirmək, belə desək, olanı ortaya qoymaq peşə borcumuzdu.


Əvəzedicilər oynayır!

Yayda "dubl”a nəzarət etmək tapşırığı alan Məmmədovun varlığının nə ilə nəzərə çarpacağı, onun gəlişindən sonra əvəzedicilərin dirçəlib-dirçəlməyəcəyi əsas məqamlardan biriydi. Məntiqlə, qələm əhli bu məqama xüsusi diqqət ayırmalı, ictimaiyyəti gerçəkliklə üz-üzə qoymalıydı. Əvəzedicilər sözün əsl mənasında, oynayır! Ürəklə, bacardığından da artığını etməyə çalışa-çalışa... Hazırda əvəzedicilərin çempionatında 4-cü pillədə qərarlaşan "dubl”un mübarizə əzminə baxan zövq alır. Uşaqların nədə və necə "artırdığını” görə bilməyənlər isə futbol haqda daha çox oxumalı, dəyərləndirmək bacarığını artırmalıdı. Bu komandada ölkə futboluna gələcəkdə uğurla xidmət edə biləcək bir yox, bir neçə ad var. Qəribədi, maddi çöküş, təhvil-təslim, addəyişmə prosesi, ciddi çətinliklərə meydan verən bütün digər problemlər olmasaydı, Məmmədov da ümidləri doğrultmaq üçün qollarını çıxrmalayıb işə girişməsəydi, əvəzedicilər indiki səviyyəsinə çatmayacaqdı.


8 futbolçunun elitaya yolu açılıb!

"Keşlə”nin futbolçu kasadlığı üzündən istədiyi futbolu sərgiləyə bilməməsi faktdı. Yenilgilər sıralandıqca psixoloji gərginlik də artır. Şübhəsiz, ən zəif heyət sözügedən Bakı təmsilçisindədi. Bu mənada çempionatın debütantı "Səbail” belə bir addım öndədi. Hərçənd hər qaranlıq gecənin bir aydın sabahı var. O sabah hələ açılmayıb. Amma 8 futbolçunun elitaya yolu açılıb. Mövcud şərait Rəfael Məhərrəmli(sağ cinah vingeri), Sinan Akkoyun(mərkəz müdafiəçisi), Əsəd Məsimov (sağ cinah müdafiəçisi), Asif Vəliyev (dayaq yarımmüdafiəçisi), Emil Əliyev (mərkəz müdafiəçisi), Əlibəy Məmmədli (universal yarımmüdafiəçi), Elvin Cəfərquliyev (sol cinah vingeri, pleymeyker), Vüqar Həsənov (mərkəz müdafiəçisi), Murad Qayali (sol cinah müdafiəçisi) kimi gənclərin inkişafını şərtləndirib. Qışda yeni transferlər həyata keçiriləndən sonra hamısının yenidən əvəzedici komandaya qaytarılacağını düşünməyin. Məmmədov hər birinin "qabında olandan” xəbərdardı. Güvənirsə, hamısı şans görəcək. Yarısı samballı futbolçuya çevrilsə, böyük uğurdu!


Qərar yayda verilməlidi!

Müşahidə Şurasının sədri Zaur Axundov mütəxəssisin qalıb-qalmayacağına qış fasiləsi ərəfəsində qərar verəcək. "Keşlə”nin nəticələri əsas götürülsə, rəhbərlik ədalətsizlikdə ittiham olunacaq. Çünki bu komandayla heç Roman Qriqorçuk və ya Qurban Qurbanov da indikindən artığını edə bilməz. Oynatmağa futbolçu yoxdusa, hansı nəticədən danışırıq? Adama öncə normal heyətlə məşq keçmək, taktika müəyyənləşdirmək imkanı yaradılmalı, ardından gördüyü iş götür-qoy edilməli, daha sonra barəsində qərar çıxarılmalıdı. Yəni ən azı, yaya qədər Ramiz bəy "yuxarılar”dan arxayın şəkildə çalışmalı, bütün diqqətini görmək istədiyi işə yönəltməlidi. Yeri gəlmişkən, ictimaiyyətə bu çalışdırıcıya sınaq müddəti verildiyini açıqlamağın özü də yersiz, lazımsız və naşı gediş idi. Rəhbərlik mütəxəssisi dəstəkləməli, bizlər də hadisələrin sonrakı inkişafını maraqla izləməyə davam etməliyik.

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X