13:54 21.12.2017 1584

"Bu il çempionat daha çətin keçir" - MÜSAHİBƏ

Yüksək Liqada "Marafon Futsal”ı yenərək "qış çempionu” olan "Araz”ın üzvü Telez Taqo AFF-nın mətbuat xidmətinə müsahibə verib. Fanat.Az müsahibəni təqdim edir:


- Əvvəlcə ən yaxın izləyiciniz olan "Marafon Futsal”la oyun haqda fikirlərini bildirərdiz.

- İndi çempionat çox maraqlı keçir. "Marafon Futsal” çempionatın güclü, həm də maraqlı komandalarındandı. Komandanın əsasını yerli oyunçular təşkil edir. Həmin futzalçıların bir neçəsi ilə milli komandada birgə çıxış etmişik. İranlı legionerlər də onlara yaxşı kömək edirlər. Belə deyək də, baş məşqçi yaxşı komanda formalaşdırıb. Oyun isə çox çətin, həm də gərgin keçdi. Çünki oyunöncəsi rəqiblə xal fərqimiz birə bərabər idi. Düzdü, biz bir oyun az keçirmişik. Vacib olan 3 xalı qazanmaq idi.

- Futzal oyunları adətən çoxqollu keçir. Ancaq bu matçda cəmi 2 qol vuruldu. Az deyil?

– Bir neçə real qol epizodundan istifadə edə bilmədik. Mən 2 qol vurdum, amma 3 epizodda dirəyi nişan aldım. Həm də turnir cədvəlindəki vəziyyəti izah etdim və bu cür qarşılaşmalarda çox qol vurmağı, yaxşı oynamağı yox, 3 xal qazanmağı düşünməlisən. Çünki məğlub olsan, birinci pilləni əldən verəcəksən. Ona görə də, yekun hesab digər göstəricilərin önündə gəlir. Həm də rəqibimiz güclü komandadı. Təsəvvür edin, bu komandanın indiyə qədər 3 məğlubiyyəti var və bunlardan ikisi bizimlə oyunlarda alınıb. Deməli, digər komandalardan güclüdülər. İkinci pillədə yer almaları da sıradan deyil.

- Bu qələbənin "Araz” üçün özəlliyi qış fasiləsinə zirvədə yollanacağını təmin etməsidi.

- Bəli, xal fərqini artırdıq, ehtiyatda da bir oyunumuz var, qələbə qazansaq, fərqi böyüdəcəyik. Ancaq bu, çempion olduğumuzu təsdiqləmir. Hələ fasilədən sonra 2 dövrə var. Qışda komandaların necə hazırlaşacağını, kimləri transfer edəcəklərini bilmirik. Bunlar sonrakı oyunlarda həlledici rol oynayacaq. Həm də fasiləyə qədər 2 oyunumuz var. Növbəti oyunda "Neftçi” ilə qarşılaşacağıq. Bizim üçün təhlükəli komandadı. Xatırlayırsınızsa, çempionatda cəmi bir oyunda xal itirmişik. Məhz "Neftçi” son saniyələrdə vurduğu qolla heç-heçə etməyi bacardı. Bunu unutmamışıq və oyuna ciddi hazırlaşırıq.

- Bütün komandalarla qarşılaşmısınız. Rəqiblərinizdən hansını güclü hesab edirsiz?

- "Marafon Futsal” təhlükəli və güclü komandadı. EKOL və "Neftçi”də güclü rəqiblərdi. Amma "Marafon Futsal” onlardan bir addım öndədi. Komandanın mövqeyi də bunu deməyə əsas verir.

- Azərbaycan çempionatında ikinci mövsümdü oynayırsız. Ötən illə müqayisə etsək, fərq varmı?

- Həm də çox fərq var. Ötən il çempionatda sanki 3 komanda - "Araz”, "Neftçi” və EKOL yarışırdı. Az-çox maraqlı oyunlar da bunların arasında olurdu. Digər komandalarla qarşılaşmalarda isə böyükhesablı nəticələr qeydə alınırdı. Bu il çempionat çox çətin keçir. İndi meydana ötənilki kimi rahat çıxa bilmirsən. Hətta sonuncu pillədə yer alan komanda da müqavimət göstərməyə çalışır. Fikir verin, əskər oyunlarda hesab arasındakı fərq böyük olmur. Bu mövsüm komandalar daha məsuliyyətli hazırlaşıblar. Bu da bizim xeyrimizədi. Müqavimət görəndə, daha yaxşı hazırlaşmalı olursan. Təbii ki, belə durum yerində saymağa yox, irəli addım atmağına kömək edir.

- İki turdan sonra istirahət başlayır. Bayramı Bakıda, yoxsa Braziliyada qarşılaşayacaqsız?

- Hələ qərar verməmişəm. Braziliyaya getməyəcəyim dəqiqdi. Çünki fasilə az olacaq. Ora gedib gəlmək isə 2 gün vaxt aparır. Üstəlik, saat fərqinə öyrəşmək də var. Həm də azyaşlı uşaqla bu qədər məsafə qət etmək yaxşı deyil. Həyat yoldaşımla danışacam. Yəqin ki, yaxın bölgələrdən birinə gedəcəyik. Ola bilər, bayramı Moskvada, bəlkə də Dubada qeyd etdik.

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X