I divizion təmsilçisi "Xəzər” heyətinə yeni futbolçu qatıb. Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi "Facebook" səhifəsi vasitəsilə məlumat yayıb.
Bildirilir ki, "Xəzər” "Səbail”in yarımmüdafiəçisi Tanrıverdi Məhərrəmli ilə anlaşıb. Komandanın qış fasiləsində ilk transferi olan 25 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
Qeyd edək ki, "Neftçi”nin yetirməsi olan Tanrıverdi Məhərəmli "Ağsu” və "Qaradağ Lökbatan” komandalarında da çıxış edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol