Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar” Hava və Ekstrim İdman klubunun 3 üzvü itkin düşüb. İtkin düşən alpinistlər - Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızından hələlik xəbər yoxdu.
Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi ilə yanaşı, təcrübəli könüllü dəstələr axtarışa cəlb olunub.
Fanat.Az xəbər verir ki, bir qrup gənc isə soyuq havaya, qara baxmadan axtarış aparanlara stimul vermək, onlara mənəvi dəstək olmaq üçün #tepedendirnaga həştəqi ilə sosial aksiya başladıblar. Gənclər bildirir ki, bu yolla dəstək olduqlarını bildirmək istəyirlər və səbrsizliklə xoş xəbərlər gözləyirlər.
Fanat.Az