Azərbaycanlı K-1 döyüşçüsü Suada Səlimova məşhur mərakeşli döyüşçü Badr Hari ilə görüşüb.
Azərbaycanlı döyüşçü Badr Hari ilə Hollandiyada görüşüb. S.Səlimova Dubayda məşq edir. Suada Azərbaycanda bu idman növü ilə məşğul olan ilk qadınlardan biridir. Bununla yanaşı, Suada kikboks üzrə dördqat, uşu-sanda üzrə üçqat Azərbaycan çempionu, Sankt-Peterburqda keçirilən döyüş növləri üzrə Olimpiadanın qalibi və İspaniyada keçirilən WTKA növü üzrə döyüşlərdə dünya çempionudur.
Baxmayaraq ki, Suada Səlimova xaricdə məşq edir, karyerasının sonuna qədər Azərbaycanı təmsil edəcəyini deyib.(BAKU.WS)
Fanat.Az