Təlim-məşq toplanışını Bakıda davam etdirən "Keşlə” transferlərini təqdim edib. Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi 5 futbolçu ilə müqavilə bağladığını rəsmən açıqlayıb.
Bunlar Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev, Pablo Podio və Herve Tçamidi. Yalnız sonuncu 1 illik sazişə qol çəkib. Digər 4 futbolçunun anlaşma müddəti isə cari mövsümün sonuna qədərdi.
Qeyd edək ki, "Keşlə” qış fasiləsində Elnur Abdullayev, Samir Zərgərov, Mirsahib Abbasov və İlkin Qırtımovla yollarını ayırıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol