Türkiyənin "Sakaryaspor" voleybol klubunun transfer etdiyi Kentra Lustla bağlı maraqlı hadisə baş verib. Fanat.Az xəbər verir ki, voleybolçunu eyni adlı porno ulduzla səhv salan yerli media aranı qarışdırıb.
"Sakarya Yenigün" adlı internet saytı bu barədə məlumat yayaraq xəbərə porno ulduzun şəklini yerləşdirib. Hətta onun açıqlamalarını da verib.
"Heyətini gücləndirmək istəyən "Sakaryaspor" A Seriyasında çıxış edən "Busto Arsizio"nun oyunçusu Kendra Lustla 1+1 illik müqavilə imzaladı. Türkiyəyə gəldiyi üçün xoşbəxt olduğunu deyən oyunçu keçmişi ilə bağlı sualara "Gənclikdə bəzi səhvlər etmiş ola bilərəm, amma artıq bütün diqqətimiz voleybola yönəltmişəm. Bura çempion olmaq üçün gəlmişəm" deyə cavab verib. Türkiyəni sevdiyini deyən yeni transfer "Bundan sonrakı həyatımı Türkiyədə keçirmək istəyirəm. Azan səsindən təsirləndim, tövbə edib müsəlman olduqdan sonra Rümeysa adını götürəcəm" deyib. Türk kişiləri ilə bağlı da danışan voleybolçu "Zeytunu çox sevirəm, zeytun baxçaları olan bir bəylə evlənmək istəyirəm" deyə qəzet onunla bağlı xəbərində yazıb.
Lakin həqiqət çox keçmədən üzə çıxıb və saytı xəbəri silib.
Fanat.Az