20:55 10.02.2018 1952

2018 heç-heçələrlə başladı: liderlər xal itirdi

Bu gün Topaz Premyer Liqasında mövsümün ikinci yarısı start götürüb. Fanat.Az xəbər verir ki, mövsümün XV turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

2018-ci ilin açılış oyunu Zirədə keçirilib. Qəsəbənin eyniadlı təmsilçisi "Sumqayıt”ı qonaq edib. "Zirə" bu gün bir-biriylə üz-üzə gələcək liderlərdən uzaq düşməmək üçün qələbə qazanmağa, "kimyaçılar” ilk "üçlüy”ə yaxınlaşmağa, ən yaxın izləyicisi "Neftçi”dən uzaqlaşmağa çalışırdı. Oyuna fəal başlayan "Sumqayıt" 35-ci dəqiqədə hesabı açsa da, "Zirə" 4 dəqiqə sonra bərabərliyi təmin edib. Bundan sonra oyunda qol vurulmayıb və matç 1:1 hesabı ilə yekunlaşıb.

III dövrənin mərkəzi qarşılaşması "Azərsun Arena”da "Qarabağ"la "Qəbələ" arasında baş tutub. Çempionatdakı əsas rəqibini yenəcəyi halda, ağdamlılar növbəti çempionluğa doğru ciddi addım atmış sayılacaqdı. Belədə xal fərqi 9-a çatacaqdı ki, rəqabət sarıdan axsayan birincilikdə bunun aradan qaldırılacağı inandırıcı görünməyəcəkdi. "Qırmızı-qaralar” intriqanı qorumaq naminə rəqib meydanında xal və ya xallar qazanmalı idi. 90 dəqiqə ərzində azarkeşlər qol görməyib və oyun 0:0 hesabı ilə başa çatıb.
 
Premyer Liqa
2017/18 mövsümü
III dövrə, XV tur

10 fevral
Zirə - Sumqayıt 1:1
Qollar: Vüsal İsgəndərli, 39 - Tural Axundov, 35.
Zirə: 85. Kamal Bayramov (k), 5. Adil Nağıyev, 8. Milan Duriç, 14. Tellur Mütəllimov, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 23. Yovan Krneta, 29. Evans Uilyams, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 88. Elşən Abdullayev. 
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 7. Sadio Tounkara, 10. Orxan Əliyev, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov, 87. Müşfiq İlyasov, 11. Viktor İbekoyi.
Baş məşqçi: Ayxan Abbasov.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 25. Süleyman Əhmədov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Zirə İdman Kompleksinin stadionu.

Qarabağ - Qəbələ 0:0
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 91. Coşqun Diniyev, 14. Rəşad Sadıqov (k), 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 89. Nicat Mehbalıyev, 2. Qara Qarayev, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 16. Omar Malone, 18. İlqar Qurbanov, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
"Azərsun Arena”. 
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

15

12

2

1

25:6

38

2

Qəbələ

15

10

2

3

28:14

32

3

Zirə

15

9

4

2

24:12

31

4

Sumqayıt

15

6

3

6

18:18

21

5

Neftçi

14

5

1

8

17:16

16

6

Səbail

14

4

1

9

9:21

13

7

Keşlə

14

2

2

10

9:24

8

8

Kəpəz

14

2

1

11

10:29

7

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 9. Mahir Mədətov (Qarabağ), Riçard Qadze (Zirə) - 6. Amil Yunanov (Sumqayıt) - 5.

 

Fanat.Az

 


Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X