İspaniya La Liqasında dünən keçirilən "Real" - "Atletiko" oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən hazırlanan xareoqrafiya alınmayıb.
Fanat.Az xəbər verir ki, matçın startından əvvəl - himnin oxunması zamanı formalaşdırılan xareoqrafiyadan heç kim heç nə başa düşməyib. Belə ki, bəzi azarkeşlər təmbəllik edərək lazım olan rəngləri qaldırmayıblar. Bu isə xareoqrafiyanın fiasko ilə nəticələnməsinə səbəb olub.
İspaniya qəzetləri olayı "Real" tribunalarında fəlakət" başlığı ilə təqdim edib.
Qeyd edək ki, "Real" - "Atletiko" matçı 1:1 hesabı ilə yekunlaşıb.
Fanat.Az