18:51 05.06.2018 2031

BMX üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşdi - FOTOLAR

Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatının birinci gününə yekun vurulub. İlk yarış günündə yeniyetmə (Challenge), həvəskar və veteranlar arasında 14 kateqoriyada qaliblər müəyyənləşib.
 
12 və daha aşağı yaşlı idmançıların yarışında argentinalı Federiko Ariel Kapello birinci olub. 13-14 yaşlı velosipedçilərin mübarizəsində Ekvador idmançısı Pedro Xose Benalkazar Querrero fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çempionatda 15-16 yaşlı idmançılar arasında fransalı Joris Bequin birinci yeri tutub. Həvəskarlar arasında 17-24 yaş kateqoriyasında Braziliya velosipedçisi Felippe Qonsalves bütün rəqiblərini qabaqlayaraq çempion olub.
 
Həvəskarların 25-29 yaş kateqoriyasında Hollandiya idmançısı Robin Van Der Kolk fərqlənib. 16 və daha aşağı yaşlı qızların yarışında ABŞ idmançısı Makkenziya Qeyhart birinci olub. 17-29 yaşlı həvəskar velosipedçilərin yarışında ilk pillədə hollandiyalı Suele Ruitenqa yer alıb. 30-34 yaşlı kişi veteranların yarışında Fransa təmsilçisi Çarli Qaillard bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb. 35-39 yaş kateqoriyasında kişilərin mübarizəsində boliviyalı Cid Martinez fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Kişilər arasında 40-44 yaş kateqoriyasında mübarizədə Fransa idmançısı Kristof Tardivet birinci yeri tutub. Həmçinin 45-49 yaş kateqoriyasında holland Riçard Van Zomeren fərqlənib. Bakı mundialında kişilərin 50 və daha yuxarı yaş kateqoriyasında yeni zelandiyalı Paul Luttrell birinci pillədə qərarlaşıb. Qadınların mübarizəsində 30-39 yaş kateqoriyasında Çili təmsilçisi Karla Ortiz uğurlu çıxışı ilə yadda qalıb. Qadınlar arasında 40 və daha yuxarı yaş kateqoriyasında Hollandiya velosipedçisi Rebekka Neus-Viçman bütün rəqiblərini qabaqlayıb.
 
İyunun 6-sı, saat 09:30-da start veriləcək 2-ci yarış günündə yeniyetmə, həvəskar və veteranlar arasında daha bir neçə kateqoriyada qaliblər müəyyənləşəcək. Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunur. "Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə sabah qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.
 















































Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X