Azərbaycanın voleybol üzrə qadınlardan ibarət milli komandasının hücumçusu Polina Rəhimova karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, voleybolçumuz "Pomi” klubuna keçib. O, İtaliya təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
"Burada olduğuma görə şadam. Çəhrayı rəngi çox sevirəm. Azarkeşləri bizi dəstəkləməyə çağırıram” deyə Rəhimova bildirib.
Fanat.Az