10:57 03.08.2018 1882

Yuri Maksimov Zaur Axundovun sifarişini yerinə yetirməyib - MÜSAHİBƏ

"Keşlə”nin sabiq baş məşqçisi Yuri Maksimovun futbolinfo.az-a müsahibəsini təqdim edirik.

- "Baltsan”la oyundan öncə "Keşlə”ylə müqavilə imzalamışdız? Axundov deyir ki, müqavilə hazır idi, imzalamışdım, qalırdi sizin imza atmağınız...
- Xeyr, həmin matçdan öncə müqaviləm yox idi. Rəhbərlik demişdi ki, sözləşmə olacaq, amma olmadı. Müqavilə olsaydı, onlar məni qova bilməzdilər və işləməkdə davam edərdim. Mən onlara dəfərlərlə dedim ki, müqaviləni rəsmiləşdirək, amma üstündən günlər keçdi, heç nə olmadı. Dedilər ki, komandada 20 futbolçu olmasa, müqavilə imzalamayacağıq, Fuad Bayramovla Vaqif Cavadovu göndər.
 
- Niyə müqavilə imzalamamışdız?
- Müqavilə haqqında onlarla hələ təlim-məşq toplanışında olanda danışmışdım. Hətta özüm imzalayıb onlara göndərmişdim ki, qol çəkib mənə geri qaytarsınlar. Onlar mənə deyirdilər ki, "narahat olma, hər şey yaxşı olacaq”.
 
- Axundovla problemlər üzündən bir neçə dəfə komandadan  getmək istəmisiz...
- Bəli, belə bir şey olmuşdu. 3 dəfə komandadan getmək istəmişdim. Hazır idim ki, ayrılam. Bilirsiz ki, həmişə düzünü demişəm. Məşqlərdə də, oyunlarda da bütün futbolçuların potensialına bələd idim. Amma əgər sənə oyunlar zamanı əvəzetmələr üçün sifariş gəlirsə, bu iş mənlik deyildi. Əsas məsələ də bu idi.
 
- Fuad Bayramovla Vaqif Cavadovu komandadan göndərməyiniz niyə istənildi?
- Mən onlarla əl sıxmışdım ki, yenidən 1 illik müqavilə imzalayacağıq. İyunun 25-i gələndə gördüm ki, müqavilə hazır deyil. Səbəbini soruşanda dedilər ki, Fuadla Vaqifi göndərməlisən. Sonra onlardan soruşdum ki, bunu niyə edim? Çünki bu idman prinsiplərinə ziddir. Bunu etməyim mümkün deyil.
 
- Zaur Axundov deyib ki, "kaş Maksimovu kubokun finalından sonra qovardım”...
- Elə bir şey eşitməmişdim. Finaldan 4 gün əvvəl dedilər ki, bizimlə 1 il də işləyərsən? Dedim ki, bəlkə kuboku qazanmadıq. Cavab bu oldu ki, problem yoxdur. Kuboku qazanmasaq da, qal, işlə. Rəhbərlikdə kim olmasından asılı olmayaraq, futbolçularla həmişə münasibətim yaxşı olub, problemim olmayıb. Toplantı oldu və dedilər ki, Fuadla Vaqifi göndər, müqaviləyə qol çəkək. Həmin futbolçulara dedim ki, sizin qovulmağınızı istəyirlər. Yalnız bu halda müqavilə imzalayacaqlar. Amma mən buna razı olmaram, özüm gedərəm ki, siz qalın. Zaur Axundovun yanına getdim və soruşdum ki, mən getsəm, bu oyunçular qalacaq? O da dedi ki, bəli. Ona görə də ayrıldım. Fuadla Vaqifin "torba”sını mənim əlimlə tikmək istəyirdilər, amma alınmadı. Çünki bu hərəkətlərə yol verən biri deyiləm. Hamı ilə sağollaşdım və təşəkkür etdim, postumdan ayrıldım.
 
- Həmin oyunçular "Baltsan”la cavab oyununda meydana çıxmadılar...
- Bunu dəqiq bilirəm. Əmin idim ki, onlara 1 dəqiqə də olsa, onlara şans verilməyəcək. "Keşlə”də baş məşqçi olmur. Orda baş məşqçi Zaur Axundovun tapşırıqlarını yerinə yetirən fiqurdu. Orda özü düşünən, özü qərar verən baş məşqçi lazım deyil. Oyunlarda elə vaxtlar olub ki, telefonla yanıma adam göndərirdilər ki, filan futbolçunu əvəz elə, filankəsi oyuna daxil et. "Zirə”yə öz meydanımızda uduzurduq. Komandanın rəisi qaça-qaça gəldi ki, "Andre Klennonla Vaqif Cavadovu dəyiş və başqa futbolçunu meydana burax. Bu, Zaur Axundovun tapşırığıdır”. Amma mən bu tapşırığa məhəl qoymadım və hər ikisini meydanda saxladım. Onlar hərəsi bir qol vurdular və biz həmin matçda qalib gəldik. Baş məşqçinin işinə "burun soxmaq” lazım deyil.
 
- Sezar Meza Kolli də "Keşlə”dən getdi...
- Ondan xəbərim yoxdur. Biz qışda komandanı yığanda heyətə 5-6 ay oynamayan futbolçular cəlb edilmişdi. Gördünüz ki, komanda yarım il ərzində nəyəsə nail oldu və ölkə kubokunu qazandı. Uçurumda olan, aşağı liqaya düşməyə yaxın olan komanda son 6 ayda ən çox xal qazanan komanda oldu. Bunlar uğurun sübutları deyil? "Keşlə” üçün tarix yazdıq. Mənim arxamca söyürlər, təhqir edirlər. Amma mən həqiqəti bilirəm və dürüstəm. Futbolçular qarşısında da alnım açıq olub. Oyunçuları aldatmaq mümkün deyil. Onlar əla bilir ki, kim məşqlərdə yaxşıdır və meydanda olacaq. Futbolçuları zərbə altına qoya bilmərəm. Məşq edən və nəticə gətirən onlardır. Hansısa yoldan keçən və vəzifəyə gətirilən rəhbərin tapşırığını yerinə yetirən adam deyiləm. Məni heç kim əllə idarə də bilməz. Tez-tez onlardan soruşurdum ki, siz nəticəyə cavab verirsiz? Deyirdilər ki, "yox”. Ona görə də işimə qarışmamalarını istəyirdim.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

Facebookdan bizi izləməyi unutmayın.
X