Mirsahib Abbasov "Zirə”nin heyətində ilk dubluna imza atıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı futbolçu Topaz Premyer Liqasının I turundan təxirə salınan "Qarabağ”la səfər matçında fərqlənib. Hücumçu 27 dəqiqəyə 2 qol vurub.
Bu, "Zirə”nin tarixində 17-ci, Premyer Liqada isə yubiley – 10-cu dubldur. Mirsahib ölkə çempionatının yüksək dəstəsində bir matçda 2 top vuran 7-ci futbolçudu. Onadək Nelson Bonilya 3, Təmkin Xəlilzadə 2, Sezar Meza Kolli, Gerhard Proqni, Vüsal İsgəndərli və Luis Alberto Diez hərəyə 1 dubla sevinmişdi.
"Qartallar”ın heyətində ən çox dublun müəllifi olan Bonilya həm də ilk belə hadisənin müəllifidir. İlk dubl 2015-ci oktyabrın 28-də "Kəpəz”lə görüşdə (2:2) qeydə alınıb.
Amma bu oyunçulardan yalnız ikisi – Luis və Vüsal meydana sonradan daxil olub və rəqib qapısına 2 top vurub. Bir sözlə, Mirsahib klubun Premyer Liqa tarixində start heyətində yer almayan, amma dubl edən 3-cü futbolçudur.
Fanat.Az