Portuqaliya Sequndasında VI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril” səfərdə "Akademika Koimbra” ilə üz-üzə gəlib.
Oyun meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. 65-ci dəqiqədə meydana çıxan Renat Dadaşov iki qol vurub. O, 71 və 90+1-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, "Eştoril” 6 turdan sonra 12 xalla 18 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Fanat.Az