Milli komandanın oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanan "Sumqayıt” sınaq matçına çıxacaq.
Fanat.Az "kimyaçılar”ın rəsmi saytına istinadən xəbər verir ki, Nazim Süleymanovun yetirmələri oktyabrın 13-də "Zirə” ilə üz-üzə gələcək.
"Sumqayıt Arena”nın köməkçi meydançasında keçiriləcək görüş saat 15:30-da başlayacaq.
Fanat.Az