21:07 21.10.2018 1510

"Sabah" və "Keşlə"dən minimal hesablı qələbə

Topaz Premyer Liqasında VIII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu "Sumqayıt” və "Sabah” arasında keçirilib. "Kapital Bank Arena” təmirdə olduğu üçün Nazim Süleymanovun rəhbərlik etdiyi kollektiv debütantı "Dalğa Arena”da qəbul edib. Bu kollektivlər arasında ilk dövrədə baş tutmuş dueldə sumqayıtlılar 4:1 hesabı ilə qalib gəliblər. Bu dəfə ilk yarıdan azlıqda qalan "Sumqayıt" meydanı məğlubiyyətlə tərk edib - 0:1.

Turun son qarşılaşmasında "Keşlə” "Zirə”ni qəbul edib. Mövsümə yaxşı başlamayan və son iki pilləni bölüşən komandaların oyunda bir qol vurulub. "Keşlə" Denis Silvanın 2-ci dəqiqədə vurduğu qolla qələbə qazanaraq son pillədən canını qurtarıb.

Qeyd edək ki, tura dünən start vprilib. "Qəbələ" evdə "Neftçi"ni 3:1 hesabı ilə yenib. "Qarabağ" "Səbail"i məğlub etsə də (1:0), adı protokolda olmayan futbolçunu meydana buraxdığı üçün texniki məğlubiyyət alacaq.
 
Premyer Liqa
2018/19 mövsümü
II dövrə, VIII tur

21 oktyabr
Sumqayıt - Sabah 0:1
Qol: Miloş Bosançiç, 36.
Qırmızı vərəqə: Vurğun Hüseynov, 15.
Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 17. Nicat Qurbanov, 21. Arif Daşdəmirov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 8. Orxan Əliyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 22. Əfran İsmayılov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Nazim Süleymanov.
Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 9. Marko Deviç, 10. Cavid İmamverdiyev (k), 11. Elgün Nəbiyev, 13. Filip İvanoviç, 15. Erik Ramos, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 22. Miloş Bosançiç, 25. Vanderson Silva.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 4. Tərzin Cahangirov, 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 14. Tural Qürbətov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov, 88. Elçin Əsədov.
Baş məşqçi: Elşad Əhmədov.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
"Bayıl Arena”.

Keşlə - Zirə 1:0
Qol: Denis Silva, 2.
Keşlə: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Amil Yunanov, 17. Samir Məsimov, 19. Azər Salahlı, 22. Nikola Mitroviç, 31. Georgios Georgiadis, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 80. Diallo Quydileye.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 2. Sərtan Taşqın, 7. Vaqif Cavadov, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 18. Ruslan Əmircanov, 21. Herve Tçami, 23. Conatan Ayite, 71. Emin Quliyev, 93. Edvinas Girdvainis.
Baş məşqçi: Mladen Milinkoviç.
Zirə: 1. Anar Nəzirov (k), 3. Budaq Nəsirov, 5. Adil Nağıyev, 8. Kamal Mirzəyev, 10. Sadio Tounkara, 11. Dilan Duventru, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Müşviq İlyasov, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 16. İbrahim Aslanlı, 47. Əmrah Bayramov,  91. Bilal Həmdi.
Baş məşqçi: Samir Abasov
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Əli Hüseynov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"ASK Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

8

6

1

1

16:6

19

2

Qarabağ

7

6

1

0

14:4

19

3

Sabah

8

4

1

3

6:8

13

4

Səbail

8

3

1

4

7:11

10

5

Sumqayıt

8

3

1

4

8:9

10

6

Qəbələ

8

2

2

4

10:11

8

7

Keşlə

7

1

2

4

6:10

5

8

Zirə

8

1

1

6

6:14

4

Bombardirlər

Marko Deviç (Sabah) - 5. Baqali Dabo (Neftçi), İnnosent Emeqara (Qarabağ) - 4.

Qeyd

İntizam Komitəsinin qərarına əsasən IV turda "Zirə"yə 0:3 hesablı texniki məğlubiyyət verilib.


Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

Facebookdan bizi izləməyi unutmayın.
X