"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası ötən günü iki məşqlə tamamlayıb. İlk məşq fitnes zalında təxminən bir saat davam edib.
Günün ikinci məşqi yerli vaxtla saat 17:00-da start götürüb. Futbolçular bu hazırlığın ilk hissəsində isinmə hərəkətlərindən sonra müəyyən fiziki təmrinləri və toplu çalışmaları yerinə yetirib. Yağışlı hava şəraitində baş tutan məşqin ikinci hissəsində isə komanda 3 qrupa bölünüb və ikitərəfli oyun oynayıb.
Fanat.Az