11:40 05.03.2019 1309

Məmmədovun şəffaf rəqəmləri və istehzalı nitqi

"Azərbaycanda uşaq futbolu yoxdu deyənlərin bu sahədən xəbəri yoxdu” – bu sözlər AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdu. O, fikirlərini hər həftə 245 oyunun təşkil olunması ilə əsaslandırır: "Müxtəlif bölgələrdə həftəsonu oyunların şahidi olursunuz. Bu matçlarda 4225 uşaq iştirak edir. Həmin qarşılaşmaların ümumi xərcinin 74 faizini AFFA çəkir. Bunlara sosial məsuliyyət daşıyırıq. Amma problemlər də var".

 

Elxan bəy hələ az deyib. "PlayStation” salonlarındakı oyunları, dost-tanışın hər həftə yığışıb oynadığı "dır-dır”ları da saymalıydı. O zaman rəqəmlər daha təmtəraqlı görünərdi.

 

Məmmədov "Azərbaycanda uşaq futbolu yoxdu deyənlərin bu sahədən xəbəri yoxdu” deməklə azarkeşləri də təhqir edir. Çünki bunu bir həftə öncə 200-dən çox azarkeş "CBC Sport”un canlı efirində qonaq olan baş katibə sual ünvanlayarkən demişdi. İllərdi mətbuat, futbol ictimaiyyəti, mütəxəssislər də bu barədə danışır. Bəli, onların bu sahədən xəbəri yoxdu, olsaydı, siz 11 il Azərbaycan futbolunun başında dəlləklik etməz, ortada təkbaşına at oynatmazdız.

 

Baş katib o qədər həddi keçib ki, artıq futbol adamları ilə məzələnir. Dünənki konfransda çıxışı zamanı PRO, A, B və C kateqoriyası almaq üçün 1500-ə yaxın mütəxəssisin müraciət etməsinə baxmayaraq, bunların yarısınıdan çoxunun imtahandan keçə bilməməsini xüsusi vurğulayır. Düz deyir, amma bəs sizin diplom verdikləriniz nəyə yarayır? Ölkədə milli komandalara layiq məşqçilər yoxdusa, uşaq futbolunda istedadlar üzə çıxarılmırsa, 574 məşqçiyə necə diplom vermisiz? Onlar hansı işlə məşğuldu?


Məmmədov şanssızlıq və əzmkarlığın çatmaması üzündən Azərbaycan millisinin UEFA Millətlər Liqasının pley-off mərhələsinə yüksələ bilmədiyini deyir. Buradan belə anlaşılır ki, məşqçilərdə günah yoxdu. O zaman əzmkarlığın artırılmasına çalışardız, növbəti dəfə bəxtə möhtac olmamaq üçün səy göstərərdiz, daha məşqçilər heyətini dəyişmək nəyə lazım idi? Nikola Yurçeviç, Milan Obradoviç və başqaları Balkanlardan bəxt və əzmkarlıq gətiribmi? Bəlkə səbəb ölkə futbolunun düzgün idarə edilməməsi və layiqli kadrların üzə çıxarılmamasıdı?


8 komandanın iştirak etdiyi Azərbaycan Premyer Liqasında əsl mübarizənin getdiyini deyən AFFA rəsmisi, komanda sayının artmasının tərəfdarı olduqlarını bildirib: "Biz də istərdik ki, 10 komanda olsun, amma güclülər çıxış etsin. Klubların maliyyə mənbələri bilinsin, şəffaflıq təmin olunsun. Klublar AFFA kimi şəffaf olsunlar, maliyyə mənbələrini ictimaiyyətə göstərsinlər. Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdı. Bunun 25 faizini (500 min manat) klublardan zəmanət kimi tələb edirik. Bu, UEFA və FIFA-nın tələbidir. Bununla çempionatımızı və klublarımızı sığortalayırıq. Bu, klubu çempionatın gedişatında müflis olmaqdan qoruyur. Əsas məsələ şəffaflığın təmin olunmasıdı. Konfransdan dərhal sonra rəsmi saytımızda maliyyə hesabatımız dərc olunacaq. Çox istərdik ki, klublarımız da oxşar şəffaflığı təmin etsinlər”.


Maraqlı mövzudu. Şəffaflıqdan danışarkən Mikayıl Nərimanoğlunun "Kəpəz”dən oğurladıqlarını nəzərdə tutur yəqin. "Kəpəz”in buna görə diviziona düşməsini də unutmaz. "Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun bu çıxışı dinləyərkən necə qaş-qabaqlı oturduğunu görərdiz kaş. Hamısı AFFA klubları, hamısı da şəffaf... Özləri yeyib, özləri silir.

 

Mənbə: futbolinfo.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

11:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

18:33

"Əlimizdən gələni edəcəyik" - "Vestri"nin baş məşqçisi

18:01

Qapıçı Orxan Sadıqlının yeni iş yeri məlum oldu

17:43

"Baku Sportinq" daha iki oyunçusu ilə müqavilə yenilədi

17:22

Dünən "Xankəndi"dən ayrıldı, bu gün özünə yeni klub tapdı

17:03

"Onlarla ilkin razılığa gəlmişdik, amma..." - Qoleador hücumçu təsdiqlədi

16:44

ÇL: "Araz-Naxçıvan"ın əsas mərhələdəki rəqibləri bilindi

16:26

"Kəpəz" Şahverdiyevlə yollarını ayırdı - RƏSMİ

16:09

"İmişli"də yeni qapıçı - RƏSMİ

16:07

Zlatko Daliç millidən getdi - RƏSMİ

15:49

"Neftçi"nin əvəzedici komandasının qapıçısı elita klubunda

15:31

"Karvan-Yevlax" vidalaşdığı legioneri geri qaytarır

15:11

"Sabah"ın basketbol komandası ÇL-də son çempionla üz-üzə gələcək

Facebookdan bizi izləməyi unutmayın.
X