Almaniyanın III Bundesliqa klubu "Proyssen"in hücumçusu Rüfət Dadaşov Azərbaycan millisinə çağırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.
Bildirilir ki, 27 yaşlı forvard AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya (21 mart) və Litva ilə yoldaşlıq görüşlərinin (25 mart) heyətinə salınıb. Bu isə o deməkdir ki, RüfətIII Bundesliqanın XXX turu çərçivəsində martın 23-də "Unterhahinq"ə qarşı oynamayacaq.
Fanat.Az