Bakıda təlim-məşq toplanışında olan 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşma 1:0 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.
Bu komandalar arasında martın 22-də keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi
Şimali Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması (U-17) da növbəti oyununu keçirib.
Komandamız Səudiyyə Ərəbistanının müvafiq yaş qrupundan ibarət yığmasına 1:2 hesabı ilə məğlub olub.
Bu komandamız martın 22-də Gürcüstana 0:2 uduzmuşdu.
Fanat.Az