"AVRO-2020"nin seçmə mərhələsində II tura start verilib.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə azərbaycanlı hakimlər də iş başında olub. Belə ki, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası Polşa - Latviya matçını idarə edib.
Görüş Polşanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyar Ağayev meydan sahiblərindən 2, qonaqlardan 3 futbolçuya sarı vərəqə göstərib. Referinin cəzalandırdığı futbolçular arasında "Milan"ın üzvü, bu mövsüm A Seriyasında 19 qol vuran Kriştof Pyatek də olub.
Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Rza Məmmədov və Namiq Hüseynov kömək edib. Dördüncü hakim isə Rəhim Həsənov olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol