09:52 22.08.2019 1803

Fanat(lar) öyrədilmir, futbolda həyatı öyrədir!

Tahir Süleymanov
 
Fanaticus (lat.) - sahib, çılğın, mübtəla olmaq. 

Fanat, fan, azarkeş... Biri futbol klubunu dəlicəsinə sevir, başqası musiqini, digəri sənət əsərlərini...

Futbolda fanatların öz psixologiyası var. Onlar komandalarının vurğunudurlar. Köklü, neçə-neçə nəsil dəyişmiş, onilliklərlə formalaşmış böyük klubların isə fanat-azarkeşləri tam fərqli, özlərinə daha güvənli olurlar...

Fanatlar doğma komandalarını öz övladları, ailə üzvləri kimi qəbul edirlər. Klublarının ağrı-acısından tutmuş uğurlarına qədər öz ruhları ilə sevirlər. Fanatlar təmiz qəlbli olurlar...

Fanat həssaslığını heç kim aldada bilməz. Fanatlar səmimi münasibəti, komandalarına verdikləri təmizi də, çirkin ruhları da dərhal duyarlar. Kluba olan sevgilərindən bir qədər sadəlöhv də ola bilərlər. Ona görə zaman-zaman aldanar, səbr edər, inanarlar...

Sevgidə xəyanət bağışlanmadığı kimi, fanat doğma klubuna da belə həssaslıqla yanaşır, komandasını qoruyur. Təhlükə olduqda sinəsini təmənnasız önə verir, hər bir cəfaya dözməyə, özünü fəda etməyə hazır olur...

Fanat azad ruhludur, tribunaları doldurar, qəfəsə sığmaz... Fanat müstəqildir, idarəolunmazdır. Fanat öz azadlığını, klubuna sevgisini heç kimə qurban verməz. Fanat "idarə olunsa" yerindəcə ruhsuz cansıza çevrilər...

Futbolçu bir il bir emblemi öpər, növbəti il başqa komandaya keçər, məşqçi "mənim komandam deyər", sonra rəqibə çevrilər, hətta prezident bir saata bir klubu başqasına da dəyişə bilər, fanat isə öz sadiqliyini ölənə kimi qoruyar...

Peşəkarlıqdır, hamı futboldan pul qazanar, fanat öz sevgisi ilə yanaşı futbola vəsait gətirər. Futbolda dövriyyə edən milyardların səbəbkarı fanat-azarkeşlərdir. Onlar olmadan heç kim futbola yatırım etməz, maraq göstərməz...

Milyonluq, milyardlıq tv, sponsor müqavilələri fanatlara, azarkeşlərə görədir. Fanat-azarkeş olmasa, heç oxucu da tapılmaz. Tanrının verdiyi bərəkətlə futbol təsərrüfatında dövriyyə edən milyonlar böyük ölçüdə fanat-azarkeşlərə görədir...

Menecmentlik, ümumi futbolu, klub idarəçiliyini bilmək, idarə etmək fanat-azarkeşlərə verilən dəyərdən keçir. Xalqın, dövlətin ayırdığı milyonları boş tribunalar önündə xərcləməyə nə var ki?!

Fanat toxunulmazdır, fanat futbola vəsait, coşqu, həyəcan, rəqabət, mübarizlik gətirəndir. Fanatsız futbol tamaşaçısız "ölü" teatr "eksponatına" bənzər. Fanat "12-ci oyunçu" deyil, birincidir. Çünki, hamı onlar üçün oynayır...

Fanat öyrədilə bilməz, fanata qarşı öyrədilmələr ola bilər. Azad ruh - komandasının qələbəsini, azadlığını istəyər. Tribunalardan fanat qovulmaz. Fanat- futbolun ruhu deməkdir. Ruhsuz futbol, canlı meyit kimidir...

Fanat hər zaman haqlıdır. Hətta bəzi hallarda emosiyalara varıb haqsız olduqları vaxt da haqlıdırlar. Futbolun möhtəşəmliyində onların təmənnasız haqqı var...

Fanata fərq etməz klub prezidenti, məşqçiləri, futbolçuları kimlərdir. Fanatlar hər zaman doğma komandalarını düşünür, qələbə, zirvələr istəyir. Layiq olmayanlara isə qapı göstərir...

Fanatın üzünə qapılar bağlanmaz. Vaxt olub çempionluqlar, kuboklar, tarixi uğurlar fonunda zaman-zaman bizlər də tribunalardan haqlı-haqsız "istefa" sədaları eşitmişik...

Küsməmişik, etiraz etməmişik, çünki, fanat ruhunu, hisslərini bilirik. Hər dəfə tribunalara, fanatların yanına tələsmişik.... Polis fanat-azarkeş önündə bizləri görüb...

Fanat çılğındır, fanat mübtəladır, fanat özünü, canını verdiyi doğma komandasının sahibi sayır. Böyük klublarda prezidentlər, vitse-prezidentlər, rəsmilər, məşqçilər, futbolçular gəldi-gedərdi, klubun ruhən əsl sahibləri isə fanat-azarkeşlərdir...

Fanat(lar) öyrədilmir, futbolda həyatı öyrədir!

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

Facebookdan bizi izləməyi unutmayın.
X