Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin evdə Slovakiya yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı Makedoniyadan olan hakimlər briqadasına tapşırıb.
Görüşü Deyan Yamikovski idarə edəcək. Ona Nikola Karakolev və Kuştrim Lika yardımçı olacaq. Dördüncü hakim funksiyasını İqor Stoyçevski yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 6-da "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv ilk matçda səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol