09:15 07.10.2019 2289

Qrossmeysterlərimizin oxuduğu məktəb və universitetlər – Teymurun əsl ixtisası

Azərbaycan zəngin şahmat ənənələrinə malik ölkədir. Ölkəmizdə bu intellektual idman növü geniş yayılıb.

Gənc beynəlxalq usta Teymur Rəcəbovun bir neçə gün öncə Dünya Kubokuna sahiblənməsi Azərbaycanın şahmat potensialının nə dərəcədə böyük olduğunu sübut etdi

Maraqlıdır, bəs öz adını qızıl hərflərlə yazan ölkənin qrossmeystləri hansı orta məktəbin nümayəndələridir?

Fanat.Az azedu.az-a istinadən qrossmeysterlərimizin orta məktəb və universitet təhsilləri haqqında məlumatları təqdim edir:



Sosial şəbəkələrdə yazdığı bir neçə statusla iki gündür ki, gündəmdə olan, dünyanın ən güclü şahmatçılarından biri sayılan qrossmeyster Şəhriyar Məmmədyarov 1985-ci ildə Sumqayıt  şəhərində anadan olub. Sumqayıtda 23 nömrəli orta məktəbi bitirib. Onun sinif yoldaşları ilə hər zaman yaxşı münasibəti olub. O, dünyada 20 yaşadək şahmatçılar arasında  ikiqat Dünya çempionu tituluna sahib olan yeganə insandı.

Şəhriyar Məmmədyarov 2017-ci ilin mayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçən 13-cü şahmatçı olub. O, bu uğura imza atan ilk müsəlman idmançı kimi də tarixə düşüb.



Teymur Rəcəbov 1987-ci ildə Bakı şəhərində anadan olub.  Qroyssmeyster Bakıdakı 160 saylı  orta məktəbi və BDU-nun hüquq fakultəsini bitirib. Gənclər arasında keçirilən Dünya və Avropa  çempionatlarının 7 qat qalibidir . 12 yaşında ikən Avropa üzrə 18 yaşlılar arasında çempionatın qalibi  olub.

Teymur Rəcəbov 11 yaşından – benəlxalq usta, 13 yaşından beynəlxalq qrossmeysterdir. O, həmin dövrdə şahmat tarixində ən gənc qrossmeyster olub.



Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini olan Aynur Sofiyeva 1974-cü ildən etibarən idmanın şahmat növü ilə məşğul olur. O, 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında  olan zaman qadınlar arasında Azərbaycan çempionu olub, 16 yaşında isə  qızlar arasında SSRİ çempionu adını qazanıb.  Aynur Sofiyeva  20 yaşında tələbələr arasında dünya çempionu , həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısıdır.1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb.

Qax şəhərində anadan olan Aynur Sofiyeva 1977-ci ildə oradakı 1 nömrəli məktəbin ikinci(birbaşa) sinfinə daxil olub, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirib.



Nərgiz Umudova 1989-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olub. Azərbaycanlı qrossmeyster Nərgiz Umudova  orta təhsilini 1995-2006-cı illərdə əvvəlcə 87 nömrəli, sonra isə 226 nömrəli məktəblərdə alıb. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Daha sonra həmin akademiyanın Bədən tərbiyəsi və nəzəriyyəsi fakultəsinin magistr pilləsində təhsil alıb. Nərgiz şahmata təsadüfən gəlib. Qonşuluqdakı bir uşaq əvvəlcə ona gedişləri öyrədib. İki aydan sonra isə balaca Nərgiz "ilk müəllimi"nə qalib gəlib. İllərdir şahmata gedən dostuna qısa müddətdə qalib gələn qızının bu bacarığını görən atası onu şahmata yazdırır.



Gülnar Məmmədova  dəfələrlə Azərbaycan çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. 2009-cu ildən   şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvüdür. Qrossmeyster  1991-ci ildə  Şirvan  şəhərində anadan olub. Orta təhsilni 1997-ci ildə Şirvan şəhəri, Tahir Bağırov adına 11 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2008-ci ildə isə Şirvan şəhəri, Elçin İmanov adına 10 saylı orta məktəbi bitirib.



Günay Məmmədzadə qadınlar arasında beynəlxalq qrossmeysterdir.  O, 2016-cı ildən etibarən  qadınlardan ibarət Azərbaycan yığmasının üzvüdür. O, yığmanın heyətində Olimpiada , dünya və Avropa  çempionatlarının iştirakçısı olub. 2014-cü ildə FİDE-nin Prezident Şurasının iclasında 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrossmeyster adının verilməsi barədə qərar qəbul olunub. Günay Azərbaycanın şahmat tarixində belə gənc yaşda bu ada layiq görülən ilk şahmatçıdır.2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülüb. 5yaşında 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinə getməyə başlayıb  və o Bakı şəhərində yerləşən 6 nömrəli "İntellekt" məktəb-liseyinin şagirdi olub.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X