Bu gün futzal üzrə milli komandamız 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsində ilk oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Joze Alesionun komandası Bakıda Moldova ilə qarşılaşacaq. Saat 20:00-da start götürəcək görüş "İdman TV” telekanalı ilə canlı yayımlanacaq.
DÇ-2020
Əsas mərhələ
23 oktyabr
20.00 Azərbaycan – Moldova
Hakimlər: Andrey Çerni (Çexiya), İngus Purinş (Latviya), İngo Heemsot (Almaniya)
Hakim-inspektor: Qalan Nyeto Pedro Anxel (İspaniya)
UEFA nümayəndəsi: Assem Kujanova (Qazaxıstan).
Fanat.Az