Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə "Darmştadt”la üz-üzə gəlib. Futbolçumuzun komandası uduzub - 0:1.
Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu 88-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qola imza atan Dmitri bu oyunda fərqlənə bilməyib.
11 turdan sonra 18 xala malik "Ersgebirge” 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Fanat.Az