Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçi yığmaya çağırmamasından danışıb.
Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis qolkiperə dəvət göndərəcəyini bildirib: "Mən Beqoviçi milliyə qaytarmaq haqda düşünürdüm. O, Avropa Liqasında yaxşı oynayan "Qarabağ"a getdi. Bizdə Beqoviç üçün yer olacaq".
Qeyd edək ki, Beqoviç sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağrılıb və ehtiyatda qalıb.
Fanat.Az