Azərbaycan milli komandasının "AVRO-2020"nin seçmə mərhələsində Uels yığmasına qarşı "Bakcell Arena”da keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, satış üçün 11 məkan müəyyənləşdirilib. Qiymətlər adi sektorlara 2 - 4 manat, VİP sektorlar üçün 20 manat müəyyənləşdirilib.
Matçı izləmək istəyən azarkeşlər biletləri 11 satış məntəqəsindən əldə edə bilərlər. Biletlər "ASAN Xidmət" mərkəzlərində, həmçinin 1, 2 və 3 saylı Kiosk-larda, 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində, Heydər Əliyev Sarayının kassalarında satılır.
Fanat.Az