16:40 12.11.2019 2366

Gəncədə yaradılmış qızlardan ibarət “Tomris” komandası - VİDEO

AFFA-nın "Məktəblərdə futbol dərsi" layihəsi Gəncə şəhərində 4 məktəbdə tətbiq olunur. 

"Report”un məlumatına görə, onlardan biri də Gəncə şəhər 3 saylı tam orta məktəbdir. Burada 2015-ci ildən futbol dərsləri keçirilir. Dərslərin nəticəsində üzvləri orta məktəb şagirdləri olan 12-13 yaşlı qızlardan ibarət "Tomris” adlı futbol komandası da yaradılıb.

Gəncə şəhər 3 saylı tam orta məktəbin direktoru Vüsalə Səfərova deyir ki, bu addım bir təhsil işçisi kimi onu da sevindirib: "Sağlam bədəndə sağlam ruh, sağlam düşüncə olar" prinsipi ilə şagirdlərin asudə vaxtlarını bu cür səmərəli keçirməsi bizim və onların özləri üçün xoşdur. Əvvəlki dövrlərə baxanda valideynlərin də övladlarının futbol oynamalarına, yarışlara getmələrinə maraqları artıb. Yeni yaranmasına baxmayaraq, "Tomris" komandası respublika səviyyəli yarışlarda birinci ildə 4-cü, 2-ci ildə isə 2-ci yerə layiq görülüb. Bu komanda AFFA tərəfindən idman ləvazimatları ilə təmin olunub. Buna görə həm təhsil işçisi, həm də valideyn kimi AFFA-ya dərin təşəkkürümü bildirirəm". 



"Tomris"in məşqçisi və məktəbin Bədən tərbiyəsi müəllimi Natiq Mehrəliyevin sözlərinə görə, AFFA-nın köməyi ilə bu məktəbdə qızlardan ibarət "Tomris" komandasının yaradılması müəllim və şagirdlərlə yanaşı, valideyinlərin də futbola həvəslərini artırıb: "Bu komanda U-13 liqasında çıxış edir. Yarışlara dəfələrlə qatılaraq, nailiyyətlər əldə etmişik. AFFA bu gün də bizə köməyini göstərir. Komanda yaradıldığı gündən məktəbdə müəllim və şagirdlərlə yanaşı, valideyinlərin də futbola həvəsi artıb. Qızlardan ibarət olan bu komandanın üzvləri zamanla daha da çoxalır. Biz də çalışırıq ki, komandamızın nailiyyətləri daha çox olsun. Məqsədimiz futbolu inkişaf etdirməkdir".



"Məktəblərdə futbol dərsləri" layihəsinə şagirdlərin də marağı çoxdur. VI sinif şagirdi və "Tomris” komandasının üzvü Əsma Əsgərova bu dərslərdən sonra futbola marağının daha da artdığını bildirib: "Futbola böyük həvəsim var. Bu həvəsi məşqçi-müəllimimiz yaradıb. AFFA isə bizə lazım olan forma və toplar verib. İstəyirəm ki, böyüyəndə futbolçu olum".



Məktəbin VII sinif şagirdi Həqiqət Bayramova isə böyüyəndə futbolçu olmaq arzusunu dilə gətirib: "Ailəm də mənim futbolçu olmağımı istəyirdi. Buna görə futbol məşqlərinə qatıldım. Bizə AFFA-dan toplar və digər ləvazimatlar verilib. Özüm də böyüyəndə futbolçu olmaq istəyirəm".



Layihə əsasında bu məktəbdə futbol dərsi keçən məşqçi Orxan Verdiyevin bildirdiyinə görə, futbol dərslərinə V, VI və VII sinif şagirdləri cəlb olunublar. Məktəbdə həmin siniflərə uyğun 6 qrup var və ümumilikdə 85 şagirdə məşq keçilir. Onlardan 38-i qız, 47-si oğlandır. Verdiyev deyir ki, bu layihənin tətbiqindən sonra məktəbdə xeyli inkişaf var: "Uşaqların futbola yanaşma tərzi, futbol təfəkkürü və futbola olan sevgiləri artıb. Dərslərimizin əyləncəli olmasına çalışırıq ki, uşaqlar daha həvəslə gəlsinlər. Onların futbola bu cür yanaşmaları bir məşqçi kimi bizləri də sevindirir". 



O.Verdiyev AFFA-nın uşaqları futbol məşqləri üçün lazımı ləvazimatlarla təmin etdiyini, bunun valideyinlər tərəfindən də müsbət qarşılandığını vurğulayıb. Onun sözlərinə görə, qız valideyinləri əvvəllər övladlarının bədən tərbiyəsi və idman dərsində futbol oynamalarına icazə vermirdilər. Amma bu layihədən sonra oğlanlardan çox qızlar daha həvəslidirlər: "Layihənin üstün tərəflərindən biri də odur ki, futbol məktəblərinə gedə bilməyən uşaqlar oxuduqları məktəbdəcə futbolu öyrənir və asudə vaxtlarından səmərəli, sağlam yararlanırlar. Həftə ərzində 2 saat olan (4-cu və 5-ci günlər) bədən tərbiyəsi dərsinin 1 saatı ərzində futbol dərsi keçilir. Layihə 4 ildir bu məktəbdə davam edir və ona maraq ildən-ilə artır".

Qeyd edək ki, 2009-cu il oktyabrın 12-də Bakının Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə AFFA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində "Məktəblərdə futbol dərsi” layihəsinə start verilib. Layihə Azərbaycan üzrə 45 məktəbi əhatə edir. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2024
22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

11:40

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

11:00

Günün oyunları bu kanallarda - AFİŞA 

10:38

“Bakı Marafonu 2024” marafonu start götürdü

10:00

Messi şou göstərdi - Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

01:40

"Real" 36-cı çempionluğunu rəsmiləşdirdi

01:25

“Monako”dan darmadağın

01:10

"Sassuolo" yenə "İnter"ə qənim oldu

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:50

Şahruddinin komandası səfərdə sevindi

23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X