Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestin ev sahibliyi edəcəyi mərasim Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Komandalar püşkatma ərəfəsində 4 səbətə bölünüblər:
Səbətlərin tərkibi:
1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya
3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya
4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)
A qrupu: İtaliya (ev sahibi)
B qrupu: Rusiya (ev sahibi), Danimarka (ev sahibi), Belçika
C qrupu: Niderland, Ukrayna, A və ya D Liqasının qalibi
D qrupu: İngiltərə (ev sahibi), C Liqasının qalibi
E qrupu: İspaniya (ev sahibi), B Liqasının qalibi
F qrupu: Almaniya (ev sahibi), A və ya D Liqasının qalibi
Püşkün nəticələri belə olub:
A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə
B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya
C qrupu: Hollandiya, Ukrayna, Avstriya, A və ya D Liqasının qalibi
D qrupu: İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya
E qrupu: İspaniya, İsveç, Polşa, B Liqasının qalibi
F qrupu: D Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya
Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol