13:49 09.01.2020 2999

Roberto Bordin "Neftçi" rəhbərliyini ifşa etdi

Dünən "Neftçi”nin rəsmi saytı Müşahidə Şurasının növbəti iclası keçirilməsi barədə məlumat yayıb. Xəbərdə bildirilib ki, toplantıda əsas komandanın 2019-20 mövsümünün ilk yarısındakı nəticələri və klubun fəaliyyəti müzakirə olunub.

Klubdakı fəaliyyətə müsbət rəy verilsə də, əsas komandanın çıxışı, xüsusilə "Sumqayıt"a uduzaraq 1/4  final mərhələsində Azərbaycan kubokundan kənarda qalması qənaətbəxş hesab edilməyib.

Müşahidə Şurasının üzvləri icra orqanına fikirlərini bildirib, məşqçi və futbolçu heyəti ilə bağlı iradlarını çatdırıblar. Əsas komandanın qarşısına növbəti iki dövrədə maksimum nəticə qazanmaq tələbi qoyulub.

Aydındır ki, klubun mətbuat xidməti aysberqin görünən tərəfini ictimaiyyətə çatdırıb. Özlərinə lazım olan qədər. Bağlı olmayan qapılar arxasında aparılan müzakirələrin əsli və ona gətirib çıxaran hadisələr yenə də "Neftçi"sevərlərdən gizli saxlanılıb.

Deməli, Roberto Bordin raport verməsi üçün SOCAR-a dəvət olunub. Burada isə neft şirkətinin kluba məsul şəxsləri baş məşqçiylə bir araya gəlib, ona müxtəlif suallar ünvanlayıb.

İtalyan mütəxəssis komandanın uğursuz çıxışında özünü təqsirli saymayıb. Bordin bildirib ki, mövcud heyəti yığmayıb, istəmədiyi futbolçular ötən yay transfer olunub.

O, bir daha xatırladıb ki, adını qeyd etdiyi legionerlərlə müqavilə imzalanmayıb, bu azmış kimi, rəhbərlik addımbaşı onun işinə qarışır.

Çalışdırıcı özünün formalaşdırmadığı komandayla işləmək məcburiyyətində olduğunu və hər şeyə rəğmən, vəzifəsindən istefa vermək barədə düşünmdəiyini deyib.

Bordin çempionluq uğrunda yarışda "Qarabağ"ı qabaqlamağın çətin olduğunu gizlətməyib və əlavə eləyib ki, ondan qızıl medal istəmək üçün reallıq hissini itirmək lazımdır.

Baş məşqçidən sonra klub rəsmiləri SOCAR-a çağırılıb. Prezident Kamran Quliyev başda olmaqla, hamısını ağ yuyub, qara səriblər.

Onların diqqətinə çatdırılıb ki, "Neftçi"yə yetərincə büdcə ayrılıb, lakin həm yanlış transferlər, həm də Bordinlə idarəçilər arasında münasibətlərin qopması nəticələrin pisləşməsinə gətirib çıxarıb.

Paytaxt təmsilçisinin nümayəndələrindən tələb edilib ki, çəkişmələrə son qoysunlar, komandanın daxilinə sirayət etmiş problemləri ən qısa zamanda aradan qaldırsınlar. 

Mənbə: sportinfo.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X