10:23 17.02.2020 2028

Nazim Süleymanovun yubiley yaşı - Çempion 55!

Amal Abuşov

Artıq neçə ildi ki, fevralın bu günü mənim üçün belə başlayır. Səhər oynanan kimi onu xoş sözlərlə təbrik edir, özümdə mənəvi rahatlıq tapıram. Daha artığına layiq olduğumu bilsəm də, mübaliğəli sözlərə yol verməmək üçün ciddi səylə çalışıram. Bilirəm ki, tərifdən və təriflənməkdən

o qədər də xoşhal olmur. Amma neynəmək olar? "Günahkar" mən deyiləm axı...
 
Taleyin qismətidi. Düz 55 il bundan əvvəl, fevralın 17-də zəhmətkeş Hacıbaba kişinin evində dünyaya göz açan uşağın qismətində böyük zirvələr fəth etmək, adını Azərbaycanın futbol tarixinə "qızıl hərflər"lə yazdırmaq var imiş. Dostu İlham bəylə hər dəfə söhbətləşəndə o günlərdən təzə nəsə danışır. Deyir ki, axşama kimi asfalt üzərində yırtıq-yamaq topun dalıyca qaçırdıq. Axırda yorulub əldən düşərdik, qarnımız acardı. Evə tələsərdik, amma o getməzdi. Təkbaşına həyətdə qalar, divarla futbol oynayardı...
 
Oynayırdı ki, gələcəkdə böyük futbolçu olsun, Azərbaycanı və azərbaycanlıları dünyaya tanıtdırsın. Əminliklə söyləyirəm ki, BACARDI! "Neftçi"də başına gələnlərdən və gətirilənlərdən sonra sözün bütün mənalarında üzü soyuq olan Rusiyaya yollandı. Sonradan yolu ta İspaniya paytaxtına, Madrid "Real"ına qədər uzana bilərdi. Amma Bakıdakı kimi orda da ayağının altını qazanlar, ona badalaq verənlər olmasaydı.
 
Mərdimazarlar hər yerdə var, həmişə var. Amma istedadlı və güclü insanların qarşısında onlar belə çarəsizdilər. Necə ki, Nazim Süleymanov qarşısındakı bütün əngəlləri aşmağı, 90-cı illərin əvvəllərində sadə bir azərbaycanlının fəth edə biləcəyi, çoxlarının indi də həsrətlə baxdığı zirvələri fəth etməyi bacardı.
 
Mən Nazim Süleymanovun vətəndən kənarda necə sevimləsinə canlı şahid olmuş adamam. İlk dəfə bunu 13 il bundan əvvəl Almatıda görmüşəm. Millimizin məşqçisi kimi Almatıya, Qazaxıstan - Ermənistan oyununu izləməyə gəlmiş Süleymanovu qaldığı oteldə hamı barmaqla göstərirdi, birlikdə etdiyimiz şam yeməyi zamanı telefonu susmur, daim futbol veteranlarının zənglərinə cavab verməli olurdu. Onun Almatıda olduğunu eşidənlər-bilənlər israrla görüşmək, onun qulluğunda durmaq arzularını ifadə edirdilər.
 
İkinci hadisə isə 5 il bundan əvvəl yaşandı. Dağıstandan ta Şimali Osetiyaya qədər əyləşdiyimiz maşını saxlayan əlisilahlı əsgərlərə Alaniyaya, Nazim Süleymanovun yubileyi şərəfinə keçirilən oyuna yollandığımızı deyən kimi, onlar özlərini yığışdırır, bizi yüksək rütbəli generallar sayağı yola salırdılar. Şimali Osetiya paytaxtında gördüklərimiz isə bir başqa aləm idi. Həmkarlarım Əli Sahib, Natiq Muxtarlı və İlkin Xəlilovla birlikdə Nazim Süleymanovun sayəsində azərbaycanlı olmağımızla fəxr edirdik, sevinirdik ki, bizim belə bir həmyerlimiz var.
 
Bu gün Nazim Süleymanovun doğum günüdü. Mən ona öz təbriklərimi səhər çatdırmışam. İcazənizlə bu yazımda siz dəyərli oxucularımızın arzularını ifadə edim. Bütün Azərbaycanın fəxri olan Nazimə ən xoş arzularınızı, can sağlığı diləklərinizi, ondan futbol meydanlarında məşqçi kimi də böyük uğurlar gözlədiyinizi çatdırmaq missiyasını üzərimə götürürəm.

Əminəm ki, yubiley yaşını layiq olduğu səviyyədə qeyd edəcək. Bakıda olmasa da, ona doğma olan Şimali Osetiyanın başkəndi Vladiqafqazda veteranların görüşü keçiriləcək, "ulduzlar” Nazimin şərəfinə meydanda top qovacaq. Düz beş il bundan əvvəl olduğu kimi. Bakıda onun adını eşidəndə yerindən dik atılanlar, diksinənlər var. Orda isə onu çox sevirlər, layiq olduğu qiyməti verirlər. Biz nə vaxt kiminsə qiymətini sağlığında verməyi bacarmışıq ki...

Son bir ildə Süleymanovun qayğılarının üstünə yenisi əlavə olunub, futbol veteranlarının pozulmuş hüquqlarının bərpası, onların haqqının qorunmasıyla məşğuldu. Bu sahədə Azərbaycanda ilkə imza atıb və inamla vuruşur.

Çox yaşa, çempion Nazim Süleymanov. Böyük adam, böyük futbolçu!
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 Aprel 2024
13:21

"Zommerin belə çıxışı bizim üçün sürpriz olmadı" - Pyero Auzilio

13:03

Xavi Levandovskinin het-trikinə belə reaksiya verdi

12:46

"Milan"ın müdafiəçisinin gedib-getməyəcəyi dəqiqləşdi

12:10

"Liverpul"un yeni baş məşqçisi bu tarixdə açıqlanacaq - Rekord məbləğdə təzminat

11:51

"Bayern"ə "Mançester Siti" qədər hörmət edirik" - Valverde

11:33

"Qarabağ" - "Neftçi" oyununun məkanı dəyişdi

11:24

"Siti" möhtəşəm komandadır, ancaq onlar da ideal deyillər" - Bukayo Saka

11:07

"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatdı

10:48

PSJ Raşfordla bağlı qərarını verdi

10:29

"Real" Arissabalaqanın yerinə türk qapıçı alır - SON DURUM

10:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:48

Qızıl medal qazanan Azərbaycan şahmatçısı mükafatlandırıldı

09:25

ÇL: Yarımfinal Almaniyada start götürür - YENİLƏNİR

09:00

Güzəştsiz mübarizə intiriqanı bir az da artırdı – Tura baxış

08:30

"İndi deyə bilərəm ki..." - Levandovski son nöqtəni qoydu

01:25

"Barselona"dan inamlı qələbə

00:57

A Seriyasında tura darmadağınla yekun vuruldu

29 Aprel 2024
23:58

"Uembli"yə yollanmaq istəyirik, inamımız çoxdur" - Tuxel "Real"ı necə yenmək istədiklərini dedi

23:50

"Antalyaspor" darmadağına məruz qaldı

23:03

"Bayern" - "Real" matçının hakimləri bilindi

22:11

Rəşad Sadıqov "Araz-Naxçıvan"a məğlubiyyəti şərh etdi

21:50

“Rəşad Sadıqovla heç bir prinsipim yoxdur” – Elmar Baxşıyev

21:15

"Liverpul"un qapıçısı komandanı Kloppla birlikdə tərk edəcək

20:55

MPL: "Zirə" "Araz-Naxçıvan"a uduzdu

19:31

"Barselona" baş məşqçisini itirə bilər

18:44

Məşhur klub ilk dəfə avrokuboklara vəsiqə qazandı

17:51

Ozan Can Kökçü bu tur nə etdi?

17:32

"İstəyərdik ki, "Arsenal" qalan oyunlarının birində məğlub olsun" - Pep Qvardiola

17:13

"Fanatlarımıza təşəkkür edirəm ki, gəldilər"

16:55

Fətəliyeva Avropa çempionu oldu - Bu, tarixi ilkdir

16:37

"İndi Avropa Liqasında uğur qazanmaq əsas hədəfimizdir" - Can Pyero Qasperini

16:18

"Titul barədə çox düşünsən, dəli olarsan" - Erlinq Holand

15:59

Tyaqo Silvadan duyğusal vida

15:40

"Konyaspor" baş məşqçisi ilə vidalaşdı

15:21

Minifutbol: Yarımfinalçılar müəyyənləşdi

15:02

"Real Madrid" Almaniya çempionunu hədəfə aldı - Peres şəxsən istəyir

14:43

"Əlbəttə ki, "Barselona"..." - Kimmix "Bayern"dən gedir?

14:25

Ukrayna millisinin sabiq çalışdırıcısı dünyasını dəyişdi

14:06

"Şəki" 2 basketbolçusunu yola saldı

13:48

Varan “Mançester Yunayted”dən ayrılıb Madridə qayıdır

Facebookdan bizi izləməyi unutmayın.
X