"Mançester Yunayted"in futbolçusu Fred və həyat yoldaşı Monika Salum futbol dünyasının ən qeyri-adi cütlüklərindən biri hesab olunur.
Fanat.Az xəbər verir ki, 2016-cı ilin yanvarından birlikdə olan cütlük ötən ilin iyulunda evlənib.
Salum Braziliyada yüksək səviyyədə təhsil alıb və kimya mühəndisidi. O, Belo Horizonte Universitetinin məzunudu. Hazırda Nüvə Enerjisinin İnkişaf Mərkəzində kimya mühəndisi olaraq fəaliyyət göstərir.
Fredlə Monika arasında boy fərqi də diqqətdən yayınmır. Braziyalı futbolçunun boyu 169, həyat yoldaşının boyu isə 177 santimetrdi.
Fanat.Az