AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Fritz Ştuxlik postunu tərk edəcək.
Fanat.Az-ın xəbərinə görə, avstriyalı ilə iş birliyi AFFA-nın icraçı vitse-prezidenti və baş katibi olan Elxan Məmmədovun ürəyincə deyil. Yetərincə böyük məbləğdə əməkhaqqı alan Ştuxliki yaxın münasibətdə olduğu sabiq yunan referi Kiros Vassarasın təklifi ilə AFFA-ya gətirən Elxan bəy artıq yanlış addım atdığının fərqindədi.
İşinə ciddi yanaşmayan, ədalət təmsilçilərinin səviyyəsinin yaxşılaşması baxımından heç nə ilə yadda qalmayan sədr mövsümün sonunda yola salınacaq.
Fanat.Az