16:40 18.03.2020 1974

Baho! Qoyma gəldi, nə gəldi!

Elçin Aslangil 
 
Bu viruslu günlərdə mənə gələnə bax! Fil boyda dərd başımdan aşır, hələ at kimi kişnəyirəm də, Azərbaycan Şahmat Federasiyasının heç belə vecinə deyil. Elə bil qəsdimə durub, burub başını buraxmır "ruskiyazıçnı”lığının. Mənim kimi vətənpərvər, millətsevər, dilinə ayələr qoşan birinə göz dağı verir federasiya. 
 
Ey şah əfəndilər, olmazdımı ki, o saytın dilini də olsa, dəyişəsiz? Ordakı rusdilli məlumatların heç deyilsə üçünü, beşini Azərbaycan türkcəsində yazsaydız, nə olardı? Lap elə tutaq ki, mən rus dilini bilməyən "çuşka”yam. Bəs və ilaxır Azərbaycan Respublikasının Konstitusiyasına, yəni müqəddəs kitabınadamı məhəl qoymursuz? Bu dağ boyda dağı sinəmə çəkib susum? Ovsun deyil ki, fokus-mokus eləyib gözlərimi bağlayasız. Mən koram?  

Nə "Müsibəti Fəxrəddin”dirsə, parlaq qələbələrdə qələbəliyin önünə çıxıb şəkil çəkdirməkdə mahir olan Mahir müəllim, bu işə əncam çəkmir ki, çəkmir. Elə hey şəkil çəkdirir. Qalaqurmada peşəkar olan federasiyanın məşhur prezidenti, məşum məsələlərdən dolayı heç cıqqırını da çıxarmır. Saytımızda gedən o boyda yazıları eyninə də almadı heç. Niyə çıxıb demir ki, xaricdən gələn şahmatçılara fil boyda, Şəhriyar kimi qrosmeysterə isə filan qədər cüzi bir aylıq verirdik. Bəyəm Şəhriyar olardan az bacarıqlı idi? 

Ölkədə şahmata bu qədər maraq varkən, bir belə sahib çıxan, dövlət proqramlı, davullu, zurnalı, çal-çağırlı, toylu-düyünlü təbliğ və təşviqat aparıldığı halda, bəs bu boyda həngaməyə niyə göz yumdu Mahir müəllim? Sual edə bilər ki, hansı həngamə? Şahmat məktəblərini deyirəm, ay müəllim. İdman məktəblərinə birləşdirilməsini...

Bu məsələnin gələcəkdəki fəsadlarını göz önünə alıb, bu barədə yuxarılara nəsə məruzə etmisizmi? Etimisizsə, atıma lənət!
 
Nə desəm kar eləməz. Fəqət belə yerdə xatırlamaq da lazımdır ki, Mahir müəllim atlıdı, mən piyada. Və ya müəllim federasiya prezidentidi, mənsə piyadeyi-sərkərdan jurnalist. Heyhat!
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

09:00

MPL: "Səbail" autsayderə qarşı - YENİLƏNİR

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

Facebookdan bizi izləməyi unutmayın.
X