FIFA milli komandaların yeni reytinq cədvəli açıqlanıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi mövqeyini qoruyub. Komandamız 1177 xalla 114-cü pillədə qərarlaşıb.
Digər yığmalardan əksəriyyətinin də mövqeyində ciddi dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardı.
Yeganə dəyişik Cənubi Sudan millisinin yoldaşlıq maçında Yamaykaya 0:2 hesabı ilə uduzmasından sonra 168-ci sıraya geriləməsidi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol