09:00 16.04.2020 5360

Ən yaxşı idmançının sonrakı həyatı: Porno film, şantaj, oğurluq, həbs... - FOTOLAR

Bir zamanlar gimnastikanın ən yaxşılarından biri olan hollandiyalı Verona van de Leurun həyatı film ssenarilərindən fərqlənmir. 2002-ci ildə Avropa və dünya çempionatlarında əldə etdiyi uğurlardan sonra Hollandiyada "İlin idmançısı" seçilən Veronanın sonrakı həyatı hər kəsi şoka salır.

Kiçik yaşlarında başlağıdı karyerasının zirvəsinə 17 yaşında yüksələn və Hollandiyanın ən yaxşısı olmağı bacaran van de Leur 23 yaşında yerli federasiya ilə aralarında yaranan problemlər səbəbindən karyerasını başa vurmaq qərarına gəlmişdi. Xəstəlik və "ailə məsələsi" adlandırılan olayları illər sonra həyatından bəhs edən "Simply Verona" adlı kitabda yazan 35 yaşlı Verona van de Leurun etiraflarından bəzilərini təqdim edirik:

"İdmançı olduğum zaman hər şey yaxşı idi. Müqavilələr imzalanır, ətrafdan böyük diqqət və sevgi görürdüm. Mən də qazandığım pullardan karyeramı bitirdikdən sonra əziyyət çəkməmək üçün istifadə etməyi planlaşdırırdım. Amma bu mümkün olmadı. İdmana kiçik yaşda başladığım üçün pullara ailəm nəzarət edirdi. Təbii, onlarda bank kartım var idi. Onlar mənim ana və atam idi. Heç nəyin hesabını istəmirdim. 

Amma idmandan getdikdən sonra işlər qarışdı. Pulumun gözlədiyimdən çox az olduğunu anladım. Atam suallarıma konkret cavablar vermirdi. Sonra banka müraciət etdim və qarşılaşdığım mənzərə məni yıxdı. Hesabımdan çox pul xərclənmişdi. Hətta atamın hesabımdan çıxardığı 6 min avro ilə Veqasa getdiyini gördüm. Şoka düşmüşdüm. Pulu xərclədiklərini qəbul etmədilər. Böyük psixoloji sarsıntı yaşadım. Onlar üçün övladdan daha çox bank hesabı olduğumu anladım. Özümü istifadə olunmuş hesab elədim". 

Verona van de Leur ailəsini məhkəməyə verir. Uzun sürən məhkəmə çəkişməsindən sonra hakim atasının Veronaya hissə-hissə 90 min avro ödəməli olduğu barədə qərar çıxarır. 

Amma məhkəmə müddətində Verona van de Leur heç də yaxşı həyat sürmür. Çox az pulu qalan idmançı sevgilisi ilə avtomobildə yaşamağa başlayır. Əvvəl 1-2 gecə deyə başlayan bu vəziyyət tam iki il davam edir. Avtomobildə keçirdiyi həyatla bağlı danışan Verona "Çox çətin idi. Xüsusən də qış aylarında... Səhər oyanıb-oyanmayacağımızı bilmirdik" deyir.

Pulları olmadığı üçün oğurluq etdiklərini bildirən van de Leur aclıqdan ölməmək üçün atılan qidaları yediklərini söyləyib: "Supermarketlərdə atılan bir şey olanda götürüb yeyirdik. Tapa bilməyəndə oğurlayırdıq. Bununla fəxr etmirəm. İşim və pulum yox idi, aclıqdan ölməmək üçün buna məcbur idik. Bundan illər əvvəl həyatımın bu nöqtəyə gələcəyinə inanmazdım".

Bir cütlüyün cinsi əlaqə zamanı fotolarını çəkən Verona olayı belə anladır: "Mən sadəcə şəkil çəkirdim və olay gözümün önündə oldu. Tam təsadüf idi. Sonra qadın yanıma gələrək "Məni şantaj etməyəcək yəqin ki..." dedi. Mən də şantaj edəcəyimi və əvəzində 1000 avro istədiyimi söylədim. Pula çox ehtiyacım var idi, amma heç bir şey almadım. Daha sonra qadın polisə gedib məndən şikayət etdi. Polis də həbs edərək həbsxanaya göndərdi. Pulu almadığımı desəm də, 72 gün həbs cəzası verdilər. Hərəkətimin səhv olduğunu bilirdim və bir daha bunu təkrarlamadım".

Həbsdən çıxandan sonra Verona və sevgilisi porno sektoruna qoşulur. Bu iş 8 il davam edir. O, yeni işində gimnastikadakından daha çox qazanır: "Uşaqlıqda təbii ki, arzularım bu deyildi. Amma çox da fikir etmirdim. Mənim üçün çox böyük addım oldu. Etmədən öncə kiminsə razılığını almalı olduğumu düşünmürəm. Mən buyam və insanlar mən olduğum kimi qəbul etməli, sevməlidi. Pornosektora öncə "webcam"da başladım. 1-2 ay sonra sevgilimlə birlikdə öz işimizi qurduq. O mənim həm fotoqrafım, həm də tərəf müqabilim idi. Onsuz da bu işi başqa cür görə bilməzdim. Sevgilimlə birlikdə çox şeyi paylaşdıq. Avtomobildə yaşadıq, ac qaldıq, bir çox çətinliyə sinə gərdik. İndiki həyatımdan çox razıyam. Geriyə baxanda 8 gözəl il görürəm".

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X