17:02 28.04.2020 2974

Üçqat ölkə çempionu: “Fəhlə kimi çağırırlar, sement qarışdırıram, kubik verirəm...” – Bir bombardirin hekayəti

- Heç nə qardaş. Usta yanında fəhləlik edirəm. Fəhləlik də. Adi bildiyin fəhləlik. Sement qarışdırıram, kubik verirəm. Alçipan vururam. Nə iş oldu, gedirəm…

Bunu Rövşən Əhmədov deyir. Gəncəli Rövşən. Bir vaxtlar "Kəpəz”in, "Turan”ın, "Viləş”in şərəfini qorumuş üçqat Azərbaycan çempionu. Futbol üzrə Azərbaycan çempionatının 3 ən güclü bombardirindən biri. "Fış” ləqəbli Rövşən.

Hə, bilirsinizmi onu niyə "Fış” deyə çağırırmışlar? Bunu dostumuz Gündüz Abbaszadədən öyrəndim. Gündüz deyir ki, bu ləqəbi azarkeşlər veriblər Rövşənə.

"Fış yəni, sürətlə rəqib oyunçudan fışş eləyib aralanarmış. Fışşş, fışıt, beləcə dilə düşüb qalıb hamının dilində o zamandan.

Hə, o zamandan. İndi zaman o zaman deyil. İndi Azərbaycan premyer liqasında nə "Kəpəz” var, nə "Turan”. Onlar aşağı divizionda var-gəl edirlər. "Viləş” isə çoxdan tarixə qovuşub. Onlardan yadigar qalanları isə bir vaxtlar yaşıl meydanlarda at oynadan veteran futbolçulardı. Zaman "fışş” eləyib elə sürətlə keçib ki, onlar ancaq və ancaq nostalji hislərlə yaşayırlar. Futbol onlar üçün şirin bir xatirəyə çevrilib. Biri daş daşıyır, biri avtobus sürür, biri isə bazarda paltar satır. Azərbaycan futbolunda ad qoymuş bu isimlər.

***
Həmin gün təsadüfən qarşıma çıxdı o foto. Bir nəfər gülərüz cavan oğlan, yekə bir ərzaq qutusunu bir nəfərə uzadır. Qutunu təqdim edənin kimliyinin mənim üçün bir əhəmiyyəti yox idi. Amma onu alanın Rövşən Əhmədov olduğunu bilən kimi qeyri-ixtiyari həmin fotonu sosial şəbəkələrdə paylaşdım. Dərhal da reaksiyalar gəldi.

Hə, "Kəpəz” tərəfindən verilən sosial yardım idi. Aztəminatlı bir ailə kimi Əhmədovları da yaddan çıxarmamışdılar.

Rövşən o qutunu alanda gözlərini yerə dikmişdi. Sonradan həmin anı xatırlayıb, bu sətirlərin müəllifinə belə deyəcəkdi:

- İşsizəm neçə vaxtdı, yenə sağ olsunlar. Onsuz da bu yardım 3-4 günümüzə güclə yetər. Sonrası Allah kərimdi. İnan, mənə dedilər ki, ərzağı alan yerdə fotonu yayıblar. Düzünü deyim, istəməzdim bu foto yayılsın. Üç dəfə çempion olmuşam, Azərbaycan futbol tarixinin 3 bombardirindən biriyəm. Amma işim yoxdur. Gəncədə tanış ustalar var. İş düşəndə yanlarında fəhlə kimi çağırırlar. Gedirəm 4-5 gün işləyirəm, evimə çörəkpulu gətirirəm.

Bir qədər əvvəl sən demə ona zəng ediblər. Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev iş təşkil edib. Aylıq maaşı 120 manata olan bir iş. Gəncədəki idman məktəbinin birində. Sevinib ki, uşaqları çalışdıracaq. Sevdiyi və yeganə bacardığı futbolun sirlərini öyrədəcək balacalara. Amma…

- Orda məlum oldu ki, məktəbdə də fəhlə ştatına götürüblər. Mənim də razılaşmaqdan başqa əlacım qalmadı. Düzdür, 120 manata dolanmaq, ailə saxlamaq ağlasığmazdı. Amma buna da şükür.

Rövşən millinin oyunçusu olub. Bu səbəbdən ona məşqçi kimi C kateqoriyası düşür. Amma bunu da verməyiblər ona.

- Azərbaycan çempionu olmuşam, üç dəfə kubok qazanmışam, İki dəfə bombardir olmuşam, millidə oynamışam. Yenə nə təqaüd verir AFFA, nə də bir iş.

Bunu da yana-yana deyir, Rövşən.

İş isə yoxdur. Hə, bir az ümidlidir. Bir qədər əvvəl "Kəpəz” klubunun Müşahidə Şurasının üzvü, millət vəkili Müşfiq Cəfərov söz verib ki, iki günə ona iş tapacaq. Amma hələ ki ortada real heç nə yoxdur.

Futbol statistikləri gözəl bilir, 1995/96 mövsümündə "Kəpəz"in iki futbolçusu - Rövşən Əhmədov və Fazil Pərvərov hərəyə 23 qol vuraraq mövsümün şərikli bombardiri olmuşdular. Reqlamentə görə, daha az oyun keçirmiş Fazil Pərvərov bu adda birinciliyi əldə etmişdi.

Pərvərovu isə nahaq xatırlamadıq. Rövşən kimi 3 dəfə Azərbaycan çempionu olub, "Kəpəz”in tarixində ən çox qol vuran futbolçudu. Bir vaxtlar milli komandaya belə çağırılan Fazil Pərvərov…Gəncədə yarmarkada pal-paltar satır. Bir qədər əvvəl isə rəsmən bəyan etmişdi: "İşsiz olduğum üçün, iş tapa bilmədiyim üçün AFFA-nın mənə verdiyi medalları satıram”.

Görəsən satdımı?
 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X